Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun Baş katibi Gürcüstanın müdafiə naziri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansa üzv ölkələrin müdafiə nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Y.Stoltenberq Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyib. C.Burçuladze baş katibə dəstəyə görə təşəkkür edib və NATO-nun açıq qapılar siyasəti ilə bağlı qətiyyətli mövqeyini alqışlayıb.

Tərəflər təhlükəsizliklə bağlı çağırışlar və təhdidləri müzakirə ediblər. Gürcü nazir artan çağırışlar fonunda NATO-nun bölgədə iştirakının genişləndirilməsinin önəmindən danışıb.

Görüşdə NATO və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də nəzərdən keçirilib. Bu ilin yazında Gürcüstanda üçüncü dəfə keçiriləcək NATO-Gürcüstan birgə hərbi təlimləri diqqət mərkəzində olub. Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar, gürcü hərbçilərinin peşəkarlığı müsbət qiymətləndirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar