Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oğru elə bağırdı ki…” yaxud “Sahil-S İnşaat” MTK Pənah Kərimovu necə şərləyir?

“Sahil-S İnşaat” MTK-nın öz müştərilərinə qarşı dələduzluğu barədə mətbuatda dəfələrlə yazılar dərc olunub. Adıçəkilən məssisənin rəhbəri Taleh Allahverdiyevin Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin hər birini iki yox, dörd-beş adama satması haqda yüzlərlə vətəndaş şikayəti var. Bu günə qədər cəzasız qalan T. Allahverdiyev vətəndaşları müxtəlif bəhanələr və yalanlarla sakitləşdirməyə çalışıb.

“Sahil-S İnşaat” MTK və onun rəhbəri T. Allahverdiyevlə bağlı mətbuatda dərc olunan yazıların birində iş adamı Pənah Kərimovun da adı hallandırılıb. Məsələ ilə bağlı Cumhuriyyət.azın apardığı araşdırmalar zamanı ilginc detallar ortaya çıxıb. Məlumat üçün bildirək ki, məlum yazıda güya yeyilən pulların böyük əksəriyyətinin Pənah Kərimov tərəfindən mənimsənildiyi iddia edilir.

Jurnalist tədqiqatı nəticəsindəı öyrəndik ki, əslində P. Kərinmovun nə bütövlükdə bina tikintisinə, nə də vətəndaşlarla bağlanan müqaviləyə heç bir aidiyyatı yoxdu. Vətəndaşların mətbuata ünvanladıqları şikayətdə onun adını hallandırması yalnız T. Allahverdiyevin yalanları hesabına baş vermişdir. Belə ki, ödədikləri pullar müqabilində mənzil əldə edə bilməyən vətəndaşlar “Sahil-S İnşaat” MTK və onun rəhbəri T. Allahverdiyevdən pullarını tələb etdikdə mənzil ödənişlərinin P. Kərimova çatdığı və indi pulları geri qaytarmadığı kimi yalan söylənilmişdir. Vətəndaşların şikayəti əsasında mətbuata çıxan iddia da burdan qaynaqlanmışdır. Əslində isə gerçək durum tamamilə fərqlidir. Tikinti materialları satışı ilə məşğul olan iş adamı Pənah Kərimov qəsəbəsinin A-B massivində inşa edilən binalar üçün “Sahil-S İnşaat” MTK-ya külli miqdarda material satmışdır. Satmışdır deyəndə ki, materiallar MTK –ya çatdırılsa da, bunun qarşılığında P.Kərimova heç bir vəsit ödənilməmişdir. Başqa sözlə, Pənah Kərimov da digər vətəndaşlar kimi T. Allahverdiyevin dələduzluğunun qurbanına çevrilmişdir. Belə olan halda T. Allahverdiyevin vətəndaşlara Pənah Kərimovu müqəssir kimi göstərməsinin isə ancaq bir adı ola bilər: “oğru elə bağırdı ki…”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib

Afət Fərmanqızının oğlunun toyundan görüntülər

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay