Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da din və dövlət arasındakı münasibətlər: Evangelist təsirlər...

Trampı dəstəkləyən evangelistlər və digər hərəkatlar 2024-cü il prezident seçkilərində Trampı yenidən ABŞ prezidentliyinə gətirə biləcəklərmi?..

Süleyman el-Vadii
“Şarkul Avsat” qəzeti, 8 fevral 2022-ci il

2021-ci il yanvarın 6-da ABŞ Konqresinin binasına edən basqın ABŞ demokratiyasına xələl gətirən hadisələr arasında öz yerini tutub. Bu hadisə, xüsusilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarını demokratik sərhədləri aşmağa və siyasi basqın etməyə sövq etdi. Bu, həm də ABŞ-ın özünü demokratiyalar arasında üstün görməsi baxımından bir utanc mənbəyi idi.

Prezident Trampın tərəfdarları müxtəlif ideologiyalara malik insanlardan ibarətdir. Onların bir yerdə olmasının səbəbi özlüyündə ortaq ideoloji zəminə əsaslanmır. Lakin ümumi bir düşmənlə və liberal siyasi solla mübarizə məqsədi onları Trampın bayrağı altında bir araya gətirir. Bunlara “Qürurlu Oğlanlar” (Proud Boys) kimi sağçı ekstremistlər, ağ dərili irqçilər və “QAnon” kimi tanınan digər sui-qəsdçilər daxildir. Lakin ABŞ siyasətinin ən mühüm dayaqlarından biri olan Konqres binasına basqın edilməsinə, sərt xristian sağçıların səsləndirdiyi dini şüarlara və dini mərasimlərə göz yummaq mümkün olmadığı üçün xristianlıq səhnəyə hakim kəsildi.

“New York Times”ın (NYT) araşdırmasına görə, Konqresə basqın edən və kollektiv bir mənəvi anın olacağını hiss edən böyük kütlə Konqresə aparan yolların kənarında diz çökərək dua ediblər. Bu, bir çoxlarının “şərə qarşı xeyirin müharibəsi” kimi qiymətləndirdiyi “müqəddəs müharibədə iştirak etmək” istəyi ilə bağlı idi. Onların arasında “Tramp qalib gəldi”, deyə qışqıraraq ağ xaç daşıyanlar, hətta “İsa 2020” yazılmış seçki bannerləri qaldıranlar da olub. Bir nəfər, hətta üzərində “Tanrının qalxanı” sözləri yazılmış paltar da geyinib.

Bütün bunlar bizi təəccübləndirir ki, xristian hüququ öz ideoloji əsaslarını və siyasi sistemə qarşı olan qəzəbinin səbəblərini və eləcə də 1980-ci illərin əvvəllərində prezident Ronald Reyqanın dövründə parlayan, lakin sonra yenidən zəifləyən gücünü necə bərpa etdi?

ABŞ konstitusiyası və dini müqavimətin yaranma səbəbləri

ABŞ konstitusiyası kilsə və ya ölkənin dini ilə bağlı heç bir mətn ehtiva etməyən, eyni zamanda, dini ictimai həyatdan tamamilə istisna etməyən liberal prinsiplərə əsaslanır. Burada qeyd etmək yerinə düşər ki, amerikalılar Qərbi Avropanın bütün xalqlarından daha dindar cəmiyyətdir. “Pew” Araşdırma Mərkəzinin araşdırmaları da bunu təsdiqləyir. Əslində, “Pew” tərəfindən aparılan sorğulara görə, amerikalıların 55%-i müntəzəm olaraq kilsəyə gedir. Bu nisbət Fransada cəmi 10%, İngiltərədə isə 6%-dir.

ABŞ-dakı bəzi müşahidəçilər ölkədəki siyasi diskursa və seçki modellərinə dini təsirin çox olduğunu düşünsələr də, qlobal baxışlarla müqayisədə ABŞ hökumət institutlarına dünyəviliyin təsir etdiyinə inanırlar. Şübhə yoxdur ki, sağ və sol sosial-dini hərəkatlar uzun müddətdir ki, dövlət siyasətinə təsir göstərməyə çalışırlar. Çünki keçmiş insan hüquqları hərəkatlarının sosial problemləri həll etmək üçün dini yanaşmalardan istifadə etməsi danılmazdır. Bunlardan ən uğurlusu Vətəndaş Hüquqları Hərəkatlarıdır. Afrika-Amerika kilsələrindən də etirazlar üçün institusional və etik əsaslar kimi istifadə olunurdu. Hazırda katolik və evangelist protestant qrupları “Pro-Life” Hərəkatının liderliyinə qarşı çıxır.

ABŞ-da konstitusiya və siyasi ənənələrə əsaslanaraq, dinin siyasi institutlara birbaşa təsiri olmayıb. Bununla belə, siyasi diskurslarda dini ifadələrin getdikcə artması 1970-ci illərdən bəri xristian sağı və ya “neo-sağçılar” tərəfindən dinin siyasiləşdirilməsinin nəticəsidir. Xüsusilə, evangelist hərəkat ictimai və sosial siyasi metodologiyanın yenidən formalaşmasına yönəlmiş ideoloji dirçəlişi vurğulayan ən görkəmli düşüncə hərəkatıdır.

Evangelizm ABŞ siyasətinə təsir edənlərin sırasına daxil olur

Bir iddiaya görə, 1970-ci illərdə evangelizmin təmsil etdiyi dini cərəyanın ölkə siyasətinə çevrilməsi Ali Məhkəmənin 1973-cü ildəki “Roe v. 'Wade” adlı məhkəmədə verilən qərarla əlaqəlidir. Məhkəmə öz qərarını ABŞ konstitusiyasına 14-cü düzəlişdə bütün vətəndaşların hüquqlarının bərabər müdafiəsi prinsipi əsasında qəbul etdiyi halda, hökumətin bəzi məhdudiyyətlərinə baxmayaraq, ABŞ-da qadınların hamiləliyi dayandırmaq hüququ tanınıb.

Digər tərəfdən, ABŞ-ın dünyanı super güc olaraq formalaşdıran evangelistlərin kosmoloji fəlsəfəsi həm Əhdi-Ətiqdə (Tövrat, Zəbur), həm də Əhdi-Cədiddə (İncil və Pavelin məktubları), yəni Müqəddəs Kitabda ifadə olunan ilahi bir model kimi gördüklərini tətbiq etmək ehtiyacına əsaslanır. Beləliklə, 1970-ci illərdə öz ölkələrinin kövrək xarici rolunu sərt tənqid etməklə məşhur olan və evangelistlərə görə ABŞ-ın super gücünün altını eşən Respublikaçılar Partiyasını dəstəkləyən qazilərin və Demokratlar Partiyasının digər vətənpərvər üzvlərini dəstəkləyən veteranların arqumentləri ilə xristian sağının ideyalarının çarpaz yaxınlaşması müşahidə edildi.

Neo-mühafizəkarlar və yeni sağçılar

Neo-mühafizəkarların (neo-con) ideyalarının köklərini araşdırdığımız zaman biliyin elitizmini vurğulayan, demokratik liberalizmi və siyasi müasirlik dalğalarını tənqid edən alman-yəhudi amerikalı siyasi filosof Leo Ştrausun düşüncələrinə gedib çıxırıq. Ştraus, həmçinin, qlobal sistem və qlobal hökumət anlayışlarını, o cümlədən fövqəldövlətin milli maraqlarının coğrafi sərhədlərlə məhdudlaşdırılmaması fikrini tənqid edir. Burada vurğulanmalıdır ki, ənənəvi mühafizəkarlar, eləcə də neo-mühafizəkarlar dövlətin mənəvi rolu ilə bağlı Edmund Burk və Con Adamsın prinsiplərinə sadiqdirlər və onlara görə dövlət orqanları əxlaq və sosial məsuliyyətin təbliği və cəmiyyətin mənəvi ab-havasının yaxşılaşdırılması üzərində işləməlidir.

Yeni sağçılar isə ABŞ-da ənənəvi mühafizəkarlar və neo-mühafizəkarların qarışığını özlərində birləşdirir və hökumətin dar düşüncəli şəxsi maraq qrupları tərəfindən idarə edildiyinə inanan populist meyilli şəxslərdir. Onlar, həmçinin, liberal qrupları cəmiyyətin mənəvi deqradasiyasında günahlandırırlar, çünki liberallar abort hüququnu, homoseksuallığı və məktəblərdə cinsi təhsil kimi siyasətləri dəstəkləyirlər.

Evangelist xristianlıq və ABŞ-da prezidentlik

Xülasə, din və siyasətin sintezi olan evangelizm dini siyasi qərarların qəbuluna daxil etməyi hədəfləyir. Bu, həm də bəzi yeni sağçı siyasətçilərin intellektual fonunu təşkil edir. Din və dövləti birləşdirən “Tanrı Amerikanı qorusun” ifadəsi xristian hüququnun siyasi təcrübələri rəngləndirmək təsirinin dərəcəsini intellektual cəhətdən ortaya qoyur. “The Independent Arabia”nın verdiyi təhlilə görə, dini və dövləti bir araya gətirən ifadələr 1980-ci illərdə prezident Ronald Reyqandan sonra prezidentlərin normal danışığına çevrilib. Reyqandan əvvəl heç bir ABŞ prezidenti bundan istifadə etməmişdi, yalnız qalmaqallı “Watergate” günlərini daha az zərərlə aşmağa çalışan keçmiş prezidentlərdən biri olan Riçard Niksondan başqa.

ABŞ prezidentləri ilə bağlı başqa bir məqam da ondan ibarətdir ki, onların bir çoxu kütlələrə təsir etmək və onların rəğbətini qazanmaq üçün dini istinadlardan istifadə edir. Bununla belə, dini ritorika 1980-ci illərdən əvvəl ABŞ prezidentləri üçün siyasətə və ya prezident seçkilərinə birbaşa təsir edən faktor deyildi. Xristian hüququnun siyasi təsir əldə etməsinə şərait yaradan Mənəvi Çoxluq Qrupunun yaradılması bu vəziyyətin qırılma nöqtəsi oldu. Mənəvi Çoxluq seçicilərin qeydiyyata alınması, siyasi məqsədlər üçün pul toplanması, təzyiq qrupları yaratmaq (lobbiçilik) və seçki kampaniyalarına dəstək kimi fəaliyyətlərinə görə xristian sağ və Respublika Partiyası arasındakı bir ittifaqdır. İş o yerə çatdı ki, qrupun bütün bu fəaliyyəti sayəsində prezident Ronald Reyqan 1981-ci ilin yanvarında hakimiyyətə gəldi.

Xristian hüququ və ya evangelistlərin təmsil etdiyi yeni hüquqlar prezident Ronald Reyqanın 1980-ci illərdə hakimiyyətə gəlişindən sonra mühafizəkar sağçıların təsir gücü azaldıqdan 25 il sonra yenidən dirçəldi. Prezident Donald Trampın 2016-cı ildə prezidentliyə namizədliyini elan etdikdən sonra gücləndirdiyi “mədəniyyət müharibəsi” ritorikası ilə heyranedici şəkildə geri döndü.

Bəs evangelist sağçılarla keçmiş prezident Tramp arasında siyasi fikir birliyi necə yarandı? Trampı dəstəkləyən evangelistlər və digər hərəkatlar 2024-cü il prezident seçkilərində Trampı yenidən ABŞ prezidentliyinə gətirə biləcəklərmi?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar