Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiyanın sonu: Texno-populizm nəyə xidmət edir?

Texno-populizm bəşəriyyətin əvvəl şahid olduğundan daha sürətli şəkildə geridə qalmışlığın artmasına kömək edən, postmodernist bir ittifaqdır...

Memun Fendi
“Şarkul Avsat” qəzeti, 7 fevral 2022-ci il

1990-cı illərin sonlarından bu günə kimi rezonans doğuran və bəzi liderlərin müasir demokratik dövlətin partiya sistemini, ideologiyalarını və təsisatlarını aşmağa çalışdığı populist ritorikalar yoxsulları müasir kapitalist sistemin ədalətsizliyindən qorumaq üçün siyasi layihəyə çağırış kimi ortaya çıxdı. Populistlər hər zaman demokratiyadan ədalət tərəzisi üzərində hipotetik nəzarət kimi istifadə ediblər ki, kapitalist sistemində uduzanlar buna nail ola bilmirlər. Çünki kapitalist iqtisadiyyatı qalib və uduzan üzərində qurulduğu halda, biz görürük ki, bu ədalətsizliyi düzəltməyə çalışan və ya məğlub olanların ayağa qalxmasına kömək edən məhz demokratik qurumlardır.

Bu, ABŞ-da Trampın, İtaliyada Berluskoninin və ya Rusiyada Putinin dövründə gördüyümüz populizmdirsə, bəs texno-populizm necə olacaq?

Texno-populizm demokratik təsisatların və müasir vətəndaş cəmiyyəti institutlarının dağılması nəticəsində yaranan boşluğu fərdin qayğısına qaldığını iddia edən təkliflərlə doldurmaq üçün sosial media və müxtəlif texnoloji vasitələrdən müasir istifadəyə əsaslanan populizmdir. Texno-populizm cəmiyyət ideyasını tanımır: Mühafizəkarlar Partiyasının lideri olmasına baxmayaraq, neoliberal populizmin anası sayılan Marqaret Tetçerin təbirincə desək, o, fərdlərə və ailələrə diqqət yetirir.

Texno-populizm Kristofer J. Bikerton və Karlo İnvernizzi Açetti tərəfindən 2021-ci ildə nəşr olunan “Texnopopulism: The New Logic of Democratic Politics” adlı kitabda təqdim edilmiş bir anlayışdır. Bu cütlük yuxarıda qeyd olunan kitabda İngiltərə, İtaliya və Almaniya kimi Qərbin demokratik cəmiyyətlərində baş verən dəyişiklikləri, dövlətin rəsmi cəmiyyəti, onun təsisatları, həmçinin partiyaların təmsil etdiyi vətəndaş cəmiyyətinin tərkib hissələrini araşdırıb. Bikerton və Açettinin fikrincə, əsas ideya ondan ibarətdir ki, texnokratlara münasibətdə elmi təcrübəyə malik elita hakimiyyəti inhisara alan və cəmiyyətin problemlərinin həll yollarını tapan insanları təmsil edir və bu hakim elitanın legitimliyi ideal bilikdən irəli gəlir. Texnokrat mütəxəssis olmasa heç kim bu legitimliyi şübhə altına ala bilməz. Cəmiyyətin qalan hissəsi isə tamaşaçı kreslosunda oturur.

Bir tamaşaçı kimi cəmiyyət populizmin və ya texno-populizmin mahiyyətidir. Bir fenomen olaraq texno-populizm sizə ənənəvi partiyaları və ideologiyaları aşan saxta vətəndaşlıq hissi verir və bəzən insanı birbaşa demokratiya institutlarını repressiya etmək istəyinə vadar edən bir yalan yaradır. Məsələn, Donald Trampın tərəfdarlarının ABŞ Konqresinə basqın etməsi kimi.

Texno-populizm dəyərlər toplusu deyil, bir spektrdir. Əslində, Trampın siyasətləri nə qədər çox populist görünsə də, Almaniyada Angela Merkel və İngiltərədə Boris Consonun siyasətləri müxtəlif dərəcədə populistdir. Bütün bu hallarda siyasi liderlər partiyanın təmsil etdiyi bazadan kənarda daha geniş legitimlik tapmağa və siyasətlərinin əsasının uğurun legitimliyi olduğuna inandırmaq üçün partiyadan kənar şəxslərdən səs toplamağa çalışırdılar.

Kitab demokratik təsisatların iflasa uğraması ideyasından və demokratik ölkələrin uğurun legitimliyi ilə bu böhrandan çıxmaq cəhdlərindən bəhs edir. Yeni texnologiya nəticəsində populizm demokratiyaların üzləşdiyi ən təhlükəli və qapalı sistemlər üçün başqa bir problemdir. Texno-populizm bəşəriyyətin əvvəl şahid olduğundan daha sürətli şəkildə geridə qalmışlığın artmasına kömək edən, postmodernist bir ittifaqdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək

Ən çox oxunanalar