Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Gənclər Forumunda Sorosçuların planlarını ifşa etdi!

Fevralın 2-də Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib. Forumda çıxış edən ölkə başçısı həm çıxşı əsnasında, həm də form iştirakçılarını n suallarını cavablandırarkə n bir çox mühüm məqamlara toxunub.

Hesab edirəm ölkə başçısının çıxışında ən diqqətçəkən məqam onun məşhur amerikalı sahibkar Corc Soros haqda dedikləri idi. Belə ki, İlham Əliyev qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur:

"Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.

Prezidentin məhz Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məqamı qeyd etməsi və Sorosu açıq hədəf seçməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, qlobalistlər və onların üzdə görünən siması, dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Sorosun "açıq cəmiyyət” ideyasının əsas hədəf auditoriyası məhz gənclərdir. Təsadüfi deyil ki, hazırda dünyanın əksər ölkələrində qlobalist hərəkatına gənclər sürətlə cəlb olunur. Özü də bu proses məhz Soros Fondunun maliyyələsi ilə həyata keçirilir.

Prinsip etibarilə Azərbaycan Prezidentinin gənclər qarşısında qeyd etdiyi “sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir” sözlərini Soros 2020-ci ildə Davos İqtisadi Forumununda etiraf edib. Soros bu sözləri qeyd edir:

“Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetləri n qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var”.

Göründüyü kimi Soros ideologiyasını, gənclər təşkilatları üzərindən gənclərə yeritmək, beləcə onları dövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimi istifadə etmək istəyir. Soros özü də yaxşı bilir ki, hər şeyi sorğulayan, mənasını, mahiyyətini dərk etməyə can atan gənclər cəmiyyətin, toplumun ən aktiv, pasionar təbəqəsi olduğu üçün yeni gördükləri bu fikirləri həyata keçirməyə çalışacaq.

Sorosun gənclər üzərində yeritdiyi bir düşüncə tərzi də mənsub olduğu qlobalistlərə zidd olan bütün başqa fikirləri rədd etmək, onları mənfi şəkildə təqdim etməkdir. Misal üçün Soros təsirində olan gənclərə qlobalizmdən kənar nə varsa pisdir, insan hüquqları yoxdursa diktatura, totalitarizm var düşüncəsi yeridilir. Təəssüf ki, bu gün ölkəmizdə də belə gənclərin sayı günbəgün artır.Təcrübəsi z gənclər də bu kimi şüarlara tez aldanaraq onlara uyur, əslində isə Sorosun və qlobalistlərin ardınca gedir.

Hesab edirəm Prezidentin məhz fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində Sorosun gənclər üzərindən yeritdiyi planı ifşa edərək yenə gənclərə təqdim etməsi həm cəsarətli, həm də yerində addım idi. Faktiki olaraq ölkə başçısı Azərbaycan gəncliyinə üzünü tutaraq göz görə-görə bu qüvvələrin əlində oyucaq olmamağı məsləhət gördü.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar