Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Müdafiə Nazirliyinin xüsusi təyyarəsinin müəmmalı reysi

Rusiya Müdafiə Nazirliyinin Tu-154 tipli xüsusi təyyarəsinin Afrika ölkəsi Sudana uçduğu məlum olub. Aviarreysləri və təyyarələrin uçuşlarını izləyən Flightradar24 saytı tərəfindən qeydə alınan məlumatlara əsasən təyyarə Sudandan sonra Liviya və Maliyə də reys həyata keçirib. Bu reyslərin barəsində rəsmi mənbələr məlumat açıqlamır.

Ehtimal olunur ki, təyyarənin göyərtəsində Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli generalları olub. Onların Sudana uçmasında məqsəd bu ölkədə Rusiyanın hərbi-dəniz bazasının yerləşdirilməsi ola bilərdi. Rusiya hələ bir neçə il əvvəl Sudanda hərbi-dəniz bazası yerləşdirmək barədə bu ölkə ilə anlaşma əldə edib. Lakin ötən il tərəflər arasında gərginlik yaranıb və Rusiya hərbçilərini Sudanı tərk etməyə məcbur ediblər, hərbi bazanın yaradılmasına dair işlər isə yarımçıq qalıb. Ehtimal edilir ki, indi generallar hərbi bazaya dair danışıqların yeni seriyasını başlatmaq üçün göndəriliblər.

Mali və Liviyaya gəldikdə isə Rusiya bu Afrika ölkələrində öz hərbi iştirakını hələlik Vagner muzdluları və hərbi təlimatçılar adlandırılan məhdud kontingent vasitəsilə həyata keçirir Liviyada Vagner muzdluları qiyamçı feldmarşal Xəlifə Haftarın qüvvələrinin tərəfində döyüşür və onlara təlim keçir. Keçmişdə Fransanın müstəmləkəsi olmuş və hazırda fransız kontingentinin yerləşdirdildiyi Maliyə isə Vagner muzdluları bu ölkənin hakimiyyətini qorumaq üçün göndərilib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin həmin xüsusi təyyarəsinin bir neçə gün əvvəl Kuba və Venesuelaya reys həyata keçirdiyi qeydə alınmışdı. Ardınca Rusiya prezidenti Vladimir Putin kubalı həmkarı ilə telefon danışığı apardı. Bütün bunlar Rusiyanın Kuba və Venesuelada öz hərbi qüvvələrini, o cümlədən nüvə raketlərini yerləşdirə biləcəyi barədə xəbərlər fonunda baş verib. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Dünyada İlk : İnsan 1-ci tip şəkərli diabetdən sağaldı

Ən çox oxunanalar