Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazax xalqına müraciət edən kriminal avtoritet kimdir? – Video

Qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (Arman Dikiy) Qazaxstanın Almatı şəhərində narazı kütlənin qarşısına çıxaraq onları təxribatlara uymamağa çağırıb.

Qaynarinfo xəbər verir ki, uzun müddətdir Türkiyədə məskunlaşan Cumagəldiyev Qazaxstanda ara qarışandan sonra ölkəyə qayıdıb. O, baş verənlərin mitinq yox, xaos olduğunu vurğulayıb.

Arman Cumagəldiyevin adı 2019-cu ildən bu yana populyarlaşmağa başlayıb. O, 2020-ci ildə qətlə yetirilən azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın dostu olub. “Lotu Quli”nin kriminal dünyadakı konfliktlərindən biri Armanın adı ilə bağlıdır. Söhbət gürcü əsilli “oğru” Quram Çixladzenin (Kvejoviç) vurulmasından gedir. Çixladzenin “Lotu Quli” ilə saymazyana tonda danışması həmin vaxt orada olan Arman Cumagəldiyevin xoşuna gəlməyib və qazax əsilli avtoritet ona yumruq zərbəsi endirib. “Lotu Quli” dərhal insidentin qarşısını alıb və Cumagəldiyevə Çıxladzenin “oğru” olduğunu bildirib.

Kriminal aləmdə “oğru”ya əl qaldırmaq böyük yanlış hesab edilir. Bu baxımdan, Quram Çixladze Arman Cumagəldiyevin cəzalandırılmasını, eyni zamanda “Lotu Quli”nin “oğru” titulundan məhrum edilməsini tələb edib. Bu məsələyə Badri Koquaşvili kimi nüfuzlu “oğru”lar da qarışıb. Lakin “sxodka” zamanı bəlli olub ki, Quram Çixladze hələ “Lotu Quli” ilə görüşməmişdən əvvəl Arman Cumagəldiyevlə rastlaşıb və özünü ona biznesmen kimi təqdim edib. Beləliklə, aydın olub ki, Arman Çixladzeni vurarkən onun “oğru” titulu daşımasından xəbərsiz olub. Beləliklə, Cumagəldiyev və Lotu Qulinin arqumentləri güclü olduğunda Çixladze və onu dəstəkləyənlər “sxodka”dan məğlub ayrılıblar.

Bu olaydan sonra Cumagəldiyev daha da populyarlaşıb. Rəqibləri isə onun Qazaxstan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham etməyə başlayıblar. Rusiya KİV-lərində dərc edilən materiallarda Armanın rəqiblərinə (onların adı çəkilmir) istinadən iddia olunur ki, Cumagəldiyev Qazaxstan xüsusi xidmət orqanlarının ştatdankənar xəfiyyəsidir. Eyni zamanda iddia olunur ki, o, Qazaxstanın hakim partiyasının üzvü olub.

İddialara görə, Arman Cumagəldiyev kriminal aləmdə 2005-ci ildə Qazaxstanın Şımkənd şəhərində fəaliyyət göstərən “Turist” otelinə toplaşmış müxalifətçilərə qarşı basqının fəal iştirakçısı olub. Həmin vaxt onun müxalifətçilərə qarşı xüsusi qəddarlığı ilə seçildiyi bildirilir.

Cumagəldiyev bu əməlinə görə bir il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Qazaxstanın keçmiş prezidenti Nursultan Nazarbayevun qızı Dəriqə Nazarbayevaya məktub yazaraq onu “düşmənə qarşı mübarizədə” güc tətbiq etməyə çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

DSMF-nin builki büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin səbəbləri açıqlanıb

Ən çox oxunanalar