Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqazda sülh atmosferi: Türk dünyası birləşir

Türkiye Gazetesi, Türkiyə
27.12.2021

Türkiyə ilə Azərbaycanın təşəbbüsü regionda vəziyyəti normallaşdırır. Qarşıda region ölkələrinə fayda gətirəcək addımlar atılacaq. Ankara ilə Bakı üçün prioritet Türk dünyası ilə Türkiyəni quru yolu ilə bağlayacaq, iqtisadi inkişafa önəmli təkan olacaq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasıdır. Bu dəhlizin açılması ilə Türk dünyası uzun illər sonra yenidən birləşəcək.

Uzun illərdir qeyri-sabitliyin, toqquşmaların yaşandığı Cənubi Qafqazda Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər qazanmasının ardından yeni proseslər başlayıb. Bu, Türkiyə ilə Azərbaycanın birgə səyləri ilə mümkün olub. AzərbaycanErmənistan rəhbərlərinin Soçi görüşü, Türkiyə ilə Ermənistanın münasibətləri normallaşdırmaq məqsədi ilə xüsusi nümayəndələr təyin etməsi və “3+3” əməkdaşlıq platformasının ortaya çıxmasından sonra normallaşma prosesi yeni mərhələyə qədəm qoyub.

“Türkiye Gazetesi” xəbər verir ki, indi bölgədə ticarət və iqtisadiyyatı canlandıracaq, region ölkələrinə fayda gətirəcək silsilə addımlar atılacaq.

Nəqliyyat və ticarət prioritetdir

Normallaşma prosesində prioritet nəqliyyat və ticarətdir. İlk addım kimi, İstanbul-Yerevan marşrutu üzrə çarter uçuşlarına başlanacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə verdiyi açıqlamada bildirib ki, artıq bəzi şirkətlər bu uçuşların təşkilində maraqlı olduqlarını bildiriblər. “Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə birlikdə təklifləri dəyərləndiririk. Bəzi şirkətlər yaxın vaxtlarda uçuşlara başlayacaq”, - deyə nazir qeyd edib.

Türk dünyası birləşəcək

Cənubi Qafqazda sülh və sabitlik istəyən Ankara ilə Bakının prioriteti Türk dünyası ilə Türkiyəni quru yolu ilə bağlayacaq, iqtisadi inkişafa önəmli təkan olacaq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasıdır. Bu dəhlizin açılması ilə Türk dünyası uzun illər sonra bu xətlə yenidən birləşəcək. Bu, eyni zamanda Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru yolu ilə birləşməsini də təmin edəcək. Naxçıvanlı iş adamlarının “Şərq-Qərb” nəqliyyat dəhlizinə çıxış əldə etməsi baxımından da əhəmiyyətli olan bu layihə Azərbaycan, Türkiyə və Naxçıvanın geosiyasi və geoiqtisadi önəmini artıracaq. Zəngəzur, xüsusilə tarixi İpək yolu kimi tanınan marşrutu canlandırmaqla, Şərq və Qərb dünyasında ticarətə təkan verəcək gücə sahibdir.

Gümrü-Qars yenə gündəmdədir

Münasibətlərin normallaşması halında Ermənistanın ilk gözləntisi 1993-cü ildə qapadılmış Gümrü-Qars dəmir yolunun yenidən fəaliyyətə başlamasıdır. Bu dəmir yolu Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal etməsindən sonra Türkiyənin bu ölkə ilə sərhədini bağlaması üzündən 28 ildir fəaliyyətsizdir. (WorldMedia.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Ən çox oxunanalar