Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin təşəbbüsləri və Türkiyə xarici siyasətində baş verən radikal inkişaflar...

Baş verən hadisələr Türkiyənin xarici siyasət münasibətlərinə yenidən nəzər yetirməsi və vəziyyətlə bağlı yeni mühakimə yürütməsi zərurətini ortaya qoyub...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 24 dekabr 2021-ci il

Son zamanlar Türkiyənin xarici əlaqələrində gözlənilməz hadisələr baş verir. Görünür, bu hadisələrin bəziləri müəyyən təkliflə də olsa, öz təşəbbüsümüzlə, bəziləri isə Türkiyənin iradəsi əleyhiinə baş verir.

Ermənistanla normallaşma

2020-ci ilin sonunda Dağlıq Qarabağ müharibəsində Ermənistanın Azərbaycana məğlub olmasından dərhal sonra Türkiyə İrəvanla münasibətlərin normallaşması mesajını verməyə başlayıb və Ermənistan seçkilərdən sonra Türkiyə ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib.

Təxminən bir il sonra Türkiyə və Ermənistan yeni normallaşma addımı atdığını, o cümlədən bağlı sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını bəyan edib və iki tərəf də bunun üçün qarşılıqlı xüsusi nümayəndələr təyin edib. Onlar, həmçinin yol xəritəsi yaratmağa çalışacaqlarını və 2009-cu ildə imzalanmış ikitərəfli protokola oxşar bir sazişin gündəmdə olacağını bildiriblər.

Türkiyə də bu təşəbbüsün hər addımında Azərbaycanla birgə hərəkət edəcəyini və “Bir Millət İki Dövlət” anlayışına xələl gətirməməyə çalışacağını bəyan etməklə bu məsələdəki həssaslığını nümayiş etdirib. Rusiyanın bölgədəki təsirini zəiflətmək üçün Türkiyə-Ermənistan yaxınlaşmasının ABŞ tərəfindən irəli sürüldüyü və 2021-ci ilin oktyabrında Romada keçirilən G-20 Sammitində Türkiyə-ABŞ liderlərinin ikitərəfli görüşündə də bu mövzunun olduğu bildirilib.

“Bloomberg” agentliyinin Türkiyənin bu sürpriz dönüşünün ABŞ-la münasibətlərini yumşaltmaq üçün Baydeni razı salmaq məqsədi daşıdığı barədə olan şərhi diqqət çəkir. Ağ Ev müşavirinin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlanmasından məmnun olduğunu bildirməsi də bunu təsdiqləyir.

Münasibətlərin normallaşmasında ABŞ-ın təsirindən əlavə, Türkiyənin qonşusu olduğu Ermənistanla ticarəti canlandırmaq istədiyini demək olar. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan 2009-cu il protokolunu birtərəfli qaydada ləğv edən, qondarma “Erməni Soyqırımı” iddiasından əl çəkməyən, konstitusiyasında Türkiyə ərazisinin əhəmiyyətli bir hissəsini göstərən ölkədir.

Bundan əlavə Bayden qondarma soyqırımı tanıdığını, Roma Papasının qondarma soyqırımla bağlı mövqeyini də nəzərə almaq lazımdır. Bayden daha əvvəl Rusiyanın bölgədəki təsirini qırmaq üçün Qərbin Türkiyə-Ermənistan yaxınlaşmasına dəstək verdiyini bəyan etmiş və bunun Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərə biləcəyini qeyd etmişdi.

ABŞ Yunanıstan ilə patruldadır

Digər bir hadisə ABŞ və Yunanıstan arasındakı Sahil Mühafizəsi Sazişidir. Bu razılaşmaya əsasən, Yunanıstan və ABŞ Sahil Mühafizəsi qrupları Egey və Aralıq dənizlərində birlikdə patrulda dayanacaq. ABŞ-Yunanıstan Müdafiə Əməkdaşlığı Razılaşmasından sonra iki ölkə arasında geniş silah alqı-satqısı və modernləşdirmə müqavilələri imzalanıb. Görünür ki, ABŞ-ın Yunanıstana F-35 də daxil olmaqla, hava və dəniz gücünə verdiyi töhfə, Yunanıstandakı bazalarını genişləndirməsi, yeni bazalar yaradılması, təlimlər və digər bəhanələrlə hərbi gücünü yerləşdirməsi Rusiyaya qarşı olduğu kimi həm də Türkiyəyə qarşı çəkindirici tədbirdir.

Sahil Mühafizə qüvvələrinin də buna əlavə edilməsi ilə bu məsələ daha yüksək səviyyəyə daşınıb. ABŞ-ın Aralıq dənizinin şərqində və Egeydəki gəmilərlə Rusiya və Türkiyəni qorxutmaq, Sahil Mühafizəsini bölgədəki mövcud qüvvələrinə daxil etməklə Montre Konvensiyası ilə bağlı Türkiyəyə təzyiq etməyi planlaşdırdığı düşünülür. Yeni sazişin ərazi sularını, terrorizmi və qaçaqmalçılığı, o cümlədən Xüsusi İqtisadi Zonanın təhlükəsizliyini əhatə etməsi bu məsələdə ABŞ və Yunanıstanla tez-tez qarşıdurmalara səbəb ola bilər.

Avropa yenə Türkiyəyə qarşıdır

Avropa Şurası Türkiyənin AB-dən tədricən uzaqlaşması və digər səbəblərə görə üzvlük müzakirələrini dayandırıb, AB isə ŞKTC-nin bağlanan Maraş bölgəsini qismən açmaq bəhanəsi ilə Türkiyəyə qarşı sanksiyalara hazırlıq görüb.

Bu hadisələr Türkiyənin xarici siyasət münasibətlərinə yenidən nəzər yetirməsi və vəziyyətlə bağlı yeni mühakimə yürütməsi zərurətini ortaya qoyub.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar