Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Statistika Komitəsinin bir-biri ilə uzlaşmayan məlumatlarına nə qədər güvənmək olar?..

Bu il Azərbaycanda adambaşına ÜDM azalıb – Səbəbi sabiq nazirin şərhində…

“Ümumi Daxili Məhsullun həcminə dair beynəlxalq statistikada gedən məlumatlarla, rəsmi statistikamızın məlumatları arasında parallel aprmaq bizi doğru nəticəyə gətirib çıxara bilməz”.

“Əslində adı çəkilən göstəricilər arasında o qədər böyük bir uyğunsuzluqlar var ki, bunların nə iləsə izah olunması mümkün də deyil”.

Bu sözləri iqtisad professoru Fikrət Yusifov Dövlət Statistika Komitəsinin hesabatına əsasən ötən ilə nisbətən bu il adambaşına düşən ÜDM-in səbəblərini PİA.az-a şərh edərkən deyib

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il dekabrın 1-nə Azərbaycanda əhalinin hər nəfərinə 8055,3 manat ümumi daxili məhsul (ÜDM) düşüb. Bu, 4738,4 ABŞ dolları deməkdir. 2020-ci ilə aid beynəlxalq statistikada isə Azərbaycanda adambaşına ÜDM 5073 dollar göstərilib.

Azərbaycanda adambaşına ÜDM-nin azalmasını nəylə əlaqələdir və bunda son bir ildə hökümətin qiymət artımını tətikləyən enerji və xidmət qiymətlərinin rolu varmı? Ümumiyyətlə adambaşına ÜDM-nin azalmasına iqtisadiyyatın hansı sahələrində kiçilmələr səbəb olub? Ən əsası Dövlət Statistika Komitəsinin bir biri ilə uzlaşmayan məlumatlarına nə qədər güvənmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovla müzakirə edib.

Fikrət Yusifov: “Son bir ildə ölkədə bütün məhsul və xidmətlər üzrə qiymətlərin hansı səviyyədə artdığı, real infilyasiyanın ikirəqəmli olması kimi faktlar nəzərə alınarsa rəsmi statistikanın ÜDM artımı ilə bağlı təqdim etdiyi göstəricilərin nə qədər həqiqətə uyğun gəlməsi böyük şübhə doğurur”.

Dövlət Statistika Komitəsinin bir çox məlumatlarının bir qayda olaraq bir - biri ilə uzlaşmadığı barədə dəfələrlə yerki mətbuatda çıxış etdiyini xatırladan iqtisad professoru PİA.az-a açıqlamasında qeyd edib ki, digər iqtisadçılar da Dövət Statistika Komitəsinin məlumatlarının tam uyğunsuzluğunu sübut edən konkret faktlarla əsaslandırılmış çıxışlar etsələr də, DSK bu uyğunsuzluqlara aydınlıq gətirmir:

Dövlət Statistika Komitəsinin bir çox məlumatlarının bir qayda olaraq bir - biri ilə uzlaşmadığının dəfələrlə şahidi olmuşuq. Yeri gəlmişkən mən bu mövzuda respublika mətbuatında dəfələrlə çıxışlar etmişəm.

Bu günlərdə hörmətli deputat Əli Məsimli də ölkədə taxıl istehsalı, taxıl idxalı və əhalinin sayının artımı ilə bağlı Dövət Statistika Komitəsinin məlumatlarının tam uyğunsuzluğunu sübut edən konkret faktlarla əsaslandırılmış haqlı bir çıxış etdi. Lakin bildiyim qədər hökumətdən heç kim Əli Məsimlinin Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına söykənərək səsləndirdiyi bu fikirlərə bir münasibət bildirmədi.

Əslində adı çəkilən göstəricilər arasında o qədər böyük bir uyğunsuzluqlar var ki, bunların nə iləsə izah olunması mümkün də deyil. Eyni faktları ölkədə istehsal olunan və ölkəyə idxal edilən bir çox məhsullarla bağlı da söyləmək olar. Bir sözlə belə faktların ortada olması Dövlət Statistika Komitəsinin məlumatlarına ehtiyatla yanaşmağı tələb edir.

Fikrət Yusifov: “Aidiyyatı beynəlxalq qurumlar da Azərbaycan DSK-nin rəsmi rəqəmlərinə güvənmir və belə göstəriciləri öz məlumatları əsasında hesablayıb ortaya qoyurlar”.

Odur ki, adambaşına düşən Ümumi Daxili Məhsullun həcminə dair beynəlxalq statistikada gedən məlumatlarla, rəsmi statistikamızın məlumatları arasında parallel aprmaq bizi doğru nəticəyə gətirib çıxara bilməz. Son bir ildə ölkədə bütün məhsul və xidmətlər üzrə qiymətlərin hansı səviyyədə artdığı, real infilyasiyanın ikirəqəmli olması kimi faktlar nəzərə alınarsa rəsmi statistikanın ÜDM artımı ilə bağlı təqdim etdiyi göstəricilərin nə qədər həqiqətə uyğun gəlməsi böyük şübhə doğurur.

Əgər beynəlxalq ststistikada Azərbaycan Dövlət Statistikada Komitəsinin məlumatlarından istifadə edilsəydi, o halda rəsmi statistikanın keçən illə müqaisədə cari ilin 11 ayında ÜDM-n 5,3% artımına dair məlumatı nəzərə alınardı və biz də adambaşına düşən ÜDM həcmində azalma deyil artım görərdik. Deməli, aidiyyatı beynəlxalq qurumlar da Azərbaycan DSK-nin rəsmi rəqəmlərinə güvənmir və belə göstəriciləri öz məlumatları əsasında hesablayıb ortaya qoyurlar.

Nəticə çıxartmaq lazımdır, belə statistika ölkənin iqtisadiyyatının inkişaf perspektivlərinin düzgün müəyyən olunması, dövlətin büdcə, vergi, gömrük siyasətinin düzgün və reallığa uyğun formalaşdırılması sahəsində ciddi problemlərin yaranmasına yol acır”.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar