Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pula tüpürən gənc Elmira Süleymanovanın qardaşı nəvəsidir

Ötən gün bir manatlıq əsginasa tüpürərək, ödəniş terminalına daxil edən gəncin hərəkəti ictimaiyyətdə ciddi rezonans doğurub. Dövlət atributumuza qarşı hörmətsizlik və iyrənc hərəkət edən Gəray İsgəndərli adlı gənc sosial şəbəkələrdə sərt tənqid edilib. Hətta onun məsuliyyətə cəlb olunması üçün çağırış edilib.

Sözügedən gənc sabiq ombudsman Elmira Süleymanovanın qardaşı nəvəsidir.

Məsələ ilə bağlı APA TV-yə danışan Elmira Süleymanova faktı təsdiqləyib:

“Əslində yazmışdılar ki, mənim nəvəmdir. Sonradan üzr istədilər. Amma ki, uşağın mənim uzaq qohumum olması bir həqiqətdir. İndi mən də zəng edib soruşuram ki, bu hadisə necə oldu axı? O, həm savadlı, həm də tərbiyəli uşaqdır, həm də tələbədir. Deyir vallah tüpürməmişəm, üfürmüşəm. Uşaq ki, uşaqdır... Mənim qardaşımın nəvəsidir. Amma mənim həyatım belə qurulub ki, mən doğmalarım, nəvə və nəticələrimlə belə görüşə bilmirəm. Yalnız telefon əlaqəsi saxlayıram. Mən həmişə o uşağın xoş sözünü eşitmişəm. Özü də etiraf etdi, amma dedi ki, deyilən şəkildə olmayıb. Deyir üfürmüşəm. Bütün hallarda axmaqlı edib. Xətadır, şeytan işi!”

Məsələyə, DİN- in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də münasibət bildirib:

“Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb. Paytaxt sakini Gəray İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb. O, bu əməlindən peşman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzrxahlıq edib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay