Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün BMT-nin Beynəlxalq Məhkəməsində Azərbaycanla bağlı nə qərar veriləcək?..

BMT-nin Beynəlxalq Məhkəməsində Azərbaycana, ya da Ermənistana qarşı, ya da hər iki ölkəyə qarşı qərar verməsi gözləniləndirmi?..

Hüquqşünas: “Beynəlxalq məhkəmələrdən Azərbaycanın doğrudan da, 30 ildir pozulan hüquqlarının bərpası istiqamətində effektiv qərar çıxaracaqlarını gözləmirəm”.

“Bu tip məsələlərdə təəssüf ki, beynəlxalq məhkəmələr çox vaxt qarşılıqlı olaraq birinin pozuntusunu yox, qarşılıqlı pozuntunu tanımağa meyl edir”.

Bu sözləri hüquqşünas Ələsgər Məmmədli bu gün BMT-nin Beynəlxalq Məhkəməsinin Azərbaycanla bağlı qəbul edəcəyi qərarın gözləntilərini PİA.az-a şərh edərkən qeyd edib.

BMT-nin Beynəlxalq Məhkəməsi dekabrın 7-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın pozulması iddiası üzrə qərar çıxaracaq. Elə həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə də qərar çıxarılacaq.

Bəs BMT-nin Beynəlxalq Məhkəməsi qarşlıqlı iddialarla bağlı necə qərar verə bilər və bu məhkəmənin qərarını yerinə yetirilməsi proseduru necə işləyir? Ümumilikdə məhkəmənin Azərbaycana, ya da Ermənistana qarşı, ya da hər iki ölkəyə qarşı qərar verməsi gözləniləndirmi?

Mövzunu PİA.az-ın əməkdaşı hüquqşunas Ələsgər Məmmədli ilə müzakirə edib.

Ələsgər Məmmədli: “İşğala məruz qalan tərəf olduğumuz halda, qarşı tərəf də işğalçı olduğu halda balanslı yanaşma ədalətsizlikdir”.

Beynəlxalq məhkəmələrin daha çox bu kimi məsələlərdə dövlətlərə qarşı balanslı davranış nümunəsi göstərdiklərini vurğulayan hüquqşunas PİA.az-a açıqlamasında qeyd edib ki, bu balanslı davranış da çox vaxt bizim əleyhimizə olur:

“Bilirsiniz bu tip məsələlərdə təəssüf ki, beynəlxalq məhkəmələr çox vaxt qarşılıqlı olaraq birinin pozuntusunu yox, qarşılıqlı pozuntunu tanımağa meyl edir. Bunu biz daha öncə Avropa məhkəməsində bənzər iddiaya baxılan zaman paralel olaraq həm Azərbaycan, həm də Ermənistan əleyhinə çıxan qərarlarda görürük.

Buna görə də mən beynəlxalq məhkəmələrdən o qədər də Azərbaycanın doğrudan da 30 ildir pozulan hüquqlarının bərpası istiqamətində effektiv qərar çıxaracaqlarını gözləmirəm. Beynəlxalq məhkəmələr daha çox bu kimi məsələlərdə dövlətlərə qarşı balanslı davranış nümunəsi göstərirlər.

Bu balanslı davranış da çox vaxt bizim əleyhimizə olur. Çünki işğala məruz qalan tərəf olduğumuz halda, qarşı tərəf də işğalçı olduğu halda balanslı yanaşma ədalətsizlikdir. Buna görə də BMT-nin Beynəlxalq Məhkəməsinin qarşlıqlı iddialarında böyük gözlənti içində deyiləm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Ən çox oxunanalar