Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keyfiyyətsiz “Sinovac” peyvəndi insanlara niyə vurulur və niyə yoluxma pandemiyanın ilk aylarından daha çoxdur?..

Azərbaycan əhalisinin demək olar ki, 60%-i iki dəfə vaksin olunub. Vaksinlər yoluxmanın qarşısını ala bilmirsə, onda bu şəkildə məcburi vaksinləşmə və çəkilən xərclər nə üçündür?..

Tibb eksperti: “Cavan orqanizmlərdə “Sinovac” peyvəndi müəyyən effekt verir. Yaşlı adamlarda isə bu peyvənd orqanizmdə 55-60 faiz effekt yaratmır”.

“Təcrübədə də da görürük ki, “Sinovac” peyvəndini vurduranların yarısından çoxu yoluxur. Bu da onu göstərir ki, həqiqətən də “Sinovac” peyvəndinin keyfiyyəti çox aşağıdır”.

Bu sözləri tibb eksperti Rasif Bağırov “Sinovac” peyvəndinin keyfiyyətsizliyi ilə bağlı yayılan xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Son bir neçə gündə belə məlumatlar yayılır ki, koronavirus əleyhinə immunited yaratmaq üçün “Sinovac” peyvəndi yetərsiz qəbul olunur. Qeyd edək ki, İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza “Sinovac” vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır: “İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar”, deyə Türkiyəli mütəxəssis bildirib. Haluk Eraksoy qeyd edib ki, insanda koronavirus əleyhinə 70-80 % immunited yaratmaq üçün 2 doza “Sinovac” peyvəndi yetərsiz qəbul olunur.

Bilirik ki, Azərbaycanda peyvənd olunanların əksəriyyəti məhz bu vaksinlə vaksinlənib. “Sinovac” peyvəndinin keyfiyyəti ilə bağlı nə demək olar? Xüsusən əgər deyilənlər doğrudursa, yararsız peyvəndin insanlara vurulmasına, eyni zamanda dövlətin çəkdiyi xərcə görə kim, ya da hansı qurum məsuliyyət daşıyır? Həmçinin bildiyimiz kimi Azərbaycan əhalisinin demək olar ki, 60%-i iki dəfə vaksin olunub. Amma buna baxmayaraq, yoluxma sayı pandemiyanın ilk aylarından daha çoxdur. Bunun səbəbi nədir? Vaksinlər yoluxmanın qarşısını ala bilmirsə, onda bu şəkildə məcburi vaksinləşmə və çəkilən xərclər nə üçündür?

Azərbaycanda aparılan vaksinləşməni PİA.az-ın əməkdaşı həkim-terapevt Rasif Bağırov ilə müzakirə edib.

Rasif Bağırov: “Yararsız peyvəndin insanlara vurulmasına görə dövlət orqanları, dövlət qurumları məsuliyyət daşıyır”.

Yoluxanların sayının indi daha çox olmasının bir neçə səbəbini diqqətə çatdıran həkim-terapevt PİA.az-a bildirib ki, peyvənd olunanların yoluxmasının sayının artmasının səbəblərindən biri də çox saylı insanların saxta sənəd əldə etməsi ilə bağlıdır:

““Sinovac” peyvəndinin keyfiyyəti ilə bağlı onu deyə bilərik ki, hələ bu peyvənd istehlak olunan gündən onu istehsal edən təşkilat öz proqnozunu vermişdi. Yəni Çinin bu firması məlumat vermişdi ki, bu peyvənd insan orqanizmində 55-60 faiz effektə malikdir. 55-60 faiz effekt də immun sistemi yarana bilən adamlarda olur. Yəni cavan orqanizmlərdə “Sinovac” peyvəndi müəyyən effekt verir. Yaşlı adamlarda isə bu peyvənd orqanizmdə 55-60 faiz effekt yaratmır.

Təcrübədə də da görürük ki, “Sinovac” peyvəndini vurduranların yarısından çoxu yoluxur. Bu da onu göstərir ki, həqiqətən də “Sinovac” peyvəndinin keyfiyyəti çox aşağıdır.

Rasif Bağırov: “Səhiyyə Nazirliyinin əlaqədar qurumları da bu vaksinləri yararlı olaraq qəbul etdiklərinə görə məsuliyyət daşıyırlar”.

Yararsız peyvəndin insanlara vurulmasında dövlət orqanları, dövlət qurumları məsuliyyət daşıyır. Kimlər ki, ölkəyə peyvənd peyvənd gətirilməsi tədarükü ilə məşğul olur, əsasən onlar cavab verməlidir. Eyni zamanda Səhiyyə Nazirliyinin əlaqədar qurumları da bu vaksinləri yararlı olaraq qəbul etdiklərinə görə məsuliyyət daşıyırlar.

Yoluxanların sayı indi ona görə çoxdur ki, peyvənd olunanlar da virusa yoluxurlar. Bu da vurulan vaksinlərin tam yararlı olmadığını göstərir. Həmçinin də müşahidələr onu göstərir ki, müəyən qrup insanlar heç peyvənd olunmadan saxta sənədlər alırlar. Belə insanların da sayı çoxdur. Hətta elə qruplar da var ki, nə peyvənd olunub, nə də sənədləri var. Bunların hamısı yoluxmaya təsir edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar