Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda məsciddə törədilən partlayışda 3 nəfər ölüb, 10-dan artıq yaralı var - Yenilənib

Əfqanıstanın Nanqarhar əyalətinin Şpinqar rayonunda məsciddə törədilən partlayış nəticəsində azı 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli “Afganistan International” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Terallay kəndində cümə namazı vaxtı baş verib. İlkin məlumatlara görə, kamikadze partlayıcı qurğunu izdihamın içərisində işə salıb.

Ölənlər arasında iki uşaq, həmçinin məscidin imamı da var.

"Taliban" sözçüsü Zabihullah Mücahid terror aktını təşkil edən 3 nəfərin saxlanıldığını, onların İslam qanunlarına uyğun olaraq cəzalandırılacağını bildirib.

***

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Spingar rayonunda məsciddə baş verən partlayış nəticəsində onlarla insan ölüb və yaralanıb.

Hadisə cümə namazı zamanı böyük izdihamda baş verib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Bu, “Taliban” tərəfindən avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədə məsciddə baş verən beşinci güclü partlayışdır. Əsasən şiə məscidlərində törədilən partlayışlar nəticəsində ümumilikdə 250-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb.

Hadisələrin hər birində İŞİD yaraqlıları məsuliyyəti öz üzərinə götürüb.(TASS)

Mənbə: 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar