Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Lerikin bu kəndini məhv edir: İqbal Məmmədova “DUR” deyən tapılmır - Video

Deputat İqbal Məmmədov merkantil maraqlarına görə LənkəranLerik yolunun üstündə yerləşən Piran kəndində evlər üçün təhlükə yaratmaqda davam edir.

Xəbər verdiyimiz kimi, Piran kəndinin ortasından keçən Lənkəran çayının (sakinlər çaya Vaza ru deyirlər – red) yatağı qazılaraq daşındığı üçün bir-neçə ev sürüşmə təhlükəsi ilə ilə üz-üzə qalıb. AzToday.az xəbər verir ki, sakinlərin şikayətlərinə və deputatın etdiyi özbaşınalığın mediada işıqlandırılmasına baxmayaraq, İqbal Məmmədov işlərə bir an olsun ara verməyib. Əksinə çayının yatağının qazılaraq daşınması işlərini daha da intensivləşdirib. Sakinlər bildirib ki, çayın yatağını qazan texnikaların səsi kənddə dözülməz narahatlıq yaradıb və yük maşınlarına normadan artıq yüklərin vurulmasının yenicə təmir olunan LənkəranLerik magistral yolunin qısa müddətdə sıradan çıxmasına gətirib çıxarmaqdadır. Əldə etdiyimiz məlumatda iddia olunur ki, Lerik rayon İcra Hakimiyyəti yuxarı qurumlara deputatın Piran kəndində sakinlər üçün yaratdığı təhlükənin tam qanuni olduğunu bildirib.

İqbal Məmmədovun çınqıl zavodunun sənədlərinin qaydasında olub-olmadığını, vergi və başqa məcburi ödənişləri verib-vermədiyini araşdırmaq müvafiq dövlət qurumlarının birbaşa işi olduğu üçün bu məsələyə toxunmuruq. Ancaq və lakin bildirmək istəyirik ki, qüvvədə olan qanunvericilik çayların yatağının qazılmasını faktiki olaraq qadağan edir. Beləki çayların yatağından maksimum 30 sm(0,3 metr) qalınlığında hissənin qazılmasını imkan verdiyi halda, İqbal Məmmədov çayın yatağını 4 metr dərinlikdə qazdırır. Bu isə birbaşa qanun pozuntusu olmaqla bərabər Piran kəndi başda olmaqla onlarla yaşayış məntəqəsi üçün təhlükə yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nəzarət etməli və qorumalı olduğu bu sahəyə niyə laqeyd qaldığı isə müəmmalıdır. Yəqin, xidmət rəisi Hikmət Əlizadənin başı daha vacib işlərə qarışdığı üçün İqbal Məmmədov başda olmaqla Lənkəran çayının yatağını biznes məqsədi ilə qazanlara qarşı heç bir tədbir görmür…

Qeyd edək ki, İqbal Məmmədova məxsus zavod xeyli vaxtdır LerikLənkəran yolu boyunca axan çayın yatağından çınqıl daşıyır. Çay boyunca hansı qanunsuzluqların baş verdiyini dəqiq deyə bilməsək də, çayın Piran kəndindən keçən hissəsində təbiətin vəhşicəsinə məhv edilməsi faktı ortadadır. Ümid edirik ki, müvafiq dövlət dövlət qurumları iqbal Məmmədovun bu özbaşınalığına “dur” deyə biləcəklər…

Çayın Piran kəndindən keçən hissəsindən bu gün çəkdiyimiz fotoları təqdim edirik:

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Qroznıda yanacaqdoldurma stansiyasında partlayışda ikisi uşaq olmaqla, 4 nəfər ölüb

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay