Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və İran arasında dəniz döyüşü - Yeni videokadrlar..

Oman dənizində iki gün əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və vertolyotlarınn İrana aid nəhəng “Southys” neft tankerini ələ keçirməsi cəhdi və İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin bu cəhdin qarşısını alması barədə yeni videokadrlar yayılıb. virtualaz.org xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun helikopterindən çəkilmiş görüntülərdə tankeri ABŞ donanmasının iki döyüş gəmisinin və helikopterlərinin təqib etdiyi görünür. Daha sonra kiçik motorlu qayıqlarla hərəkət edən İnqilab Keşikçilərinin dənizçiləri tankerin göyərtəsinə qalxır və heyət üzvlərinin olduğu yerə tərəf gedirlər.

Kadrlardan görünür ki, Keşikçilər Korpusunun iriçaplı pulemyotlarla silahlanmış qayıqları ABŞ döyüş gəmilərini tankerdən uzaqlaşdırmağa çalışır, bu zaman ratsiya ilə atəş xəbərdarlığı edilir. Lakin atəş açılsaydı belə İnqilab Keşikçilərinin pulemyotla silahlanmış bir neçə kateri ABŞ döyüş gəmilərinə qarşı çətin ki, davam gətirərdi.

Xatırladaq ki, İran ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışaraq öz neftini müxtəlif yollarla müştərilərə çatdırmağa çalışır, ABŞ isə beynəlxalq sularda İran neftini daşıyan tankerləri ovlamağa çalışır. İndiyədək bir neçə dəfə ABŞ İran neftini ələ keçirməyə nail olub. Oman dənizində baş vermiş qarşıdurmada isə Keşikçilər Korpusu tankeri xilas edib İran ərazi sularına yönəldə biliblər. İran prezidenti İbrahim Rəisi bu nailiyyətə görə İnqilab Keşikçiləri Korpusuna təşəkkür edib. Pentaqon isə insidenti inkar edir.

Oman dənizində baş vermiş qarşıdurmanın görüntülərini təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay