Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Məmmədovdan yenə şikayət var: Leriklilərin evinin altını qazır - Foto, Video

PİA.az xəbər verir ki, kəndin ortasından keçən Lənkəran çayının yatağı çınqıl zavodu tərəfindən məhv edilir. Bu isə Piran kəndinin bir-neçə evini sürüşmə təhlükəsi ilə üz-üzə qoyub. Kənd sakinləri çınqıl zavodunun Leriki Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədova məxsus olduğunu deyir.

Onların sözlərinə görə, deputata məxsus zavod xeyli vaxtdır LerikLənkəran yolu boyunca axan çaydan çınqıl daşıyır. İndi isə çayın Piran kəndinin ortasından keçən hissəsinə keçiblər. Sakinlər şikayətlərinə heç kimin məhəl qoyulmadığını bildirir.

Qeyd edək ki, qüvvədə olan qanunvericilik normaları çayların yatağının qazılaraq daşınmasını qadagan edir. Səlahiyyətli dövlət qurumunun, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin deputatın bu özbaşınalığını görməzdən gəlməsi isə əlavə suallar doğurur. Çünki Muxtar Babayevin rəhbərlik etdiyi nazirlik deputata məxsus “Relax” istirahət mərkəzinin meşə ərazisini zəbt etməsi ilə bağlı məhkəməyə belə müraciət etsə də, hələkik heç nəyə nail ola bilməyib. Bu baxımdan İqbal Məmmədovun çayın yatağının qazaraq daşınmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səssiz qalmasını hardasa başa düşmək olar. Maraqlıdır ki, ekoloji fəlakət üçün zəmin hazırlayan deputatın məlum hərəkətlərinə Fövqəladə Hallar Nazirliyi də indiyə kimi heç bir reaksiya verməyib…(AzToday.az)

Piran kəndindən çəkdiyimiz görüntüləri təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Qroznıda yanacaqdoldurma stansiyasında partlayışda ikisi uşaq olmaqla, 4 nəfər ölüb

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay