Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tehran Yerevan deyil”miş: İranın Qafqaz psixozu...

İran tarix boyu türk millətinə böyük zərər vermiş bir ölkədir. O, hər cür qeyri-İslam ünsürlərlə əməkdaşlıq edərkən, Azərbaycanın hərbi texnika ilə bağlı ticarətini “sionizm” hesab edir...

Meryem Aybike Sinan
“Türkiye” qəzeti, 8 oktyabr 2021-ci il

Bildiyiniz kimi, İranla Azərbaycan arasında gərginlik davam edir. İran sonuncu dəfə Naxçıvana uçuş edən Azərbaycana qarşı hava məkanını bağlayıb. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskva ilə təmaslarını davam etdirərkən, keçirilən birgə mətbuat konfransında Rusiya xarici işlər naziri Lavrovdan gözlənilməz bir açıqlama gəlib:

“Biz bölgədə təxribatçı təlimlərin əleyhinəyik. İranın Azərbaycan sərhədində keçirdiyi təlimi təxribat xarakterlidir və Azərbaycanı narahat edir”.

Ancaq bu açıqlamalara baxmayaraq, İran xarici işlər naziri Əmir Abdullahian: “Qafqaz siyasətimizi Rusiyaya uyğun hala gətirəcəyik”, deyərək Rusiya ilə danışıqların müsbət olduğu yöndə təəssürat yaratsa da, bunun həqiqəti əks etdirmədiyini söyləyə bilərik.

Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyevin ötən gün Cəbrayıl şəhərində İrana etdiyi müraciətə cavab olaraq İran mətbuatı Türkiyə və Azərbaycana qarşı “Tehran Yerevan deyil!” şəklində təhdid dolu bir başlıq verib.

İran mətbuatında Azərbaycan və Türkiyəyə qarşı çox ciddi olaraq yanlış məlumatlar verilir. 2023-cü il seçkiləri də daxil olmaqla, ortalıqda Türkiyənin daxili və xarici siyasəti ilə bağlı yalan xəbərlər dolaşır. Türkiyənin Qafqazdakı sülh siyasəti İranı narahat etməklə yanaşı, həm də Yerevanın Ankaraya qarşı mülayim ritorikası və Azərbaycanın Türkiyə ilə olan yaxın münasibətləri İranın mövqeyini ciddi şəkildə aqressivləşdirib. Məsələn, İranın “Vatan Emroz” qəzetindəki bu başlığa bir nəzər salaq:

“Daxil olmağa hazırıq! Bakı və Ankara sərhədləri dəyişdirərsə, İran oraya girəcək və sionist fitnəyə son qoyacaq!”

İran tarix boyu türk millətinə böyük zərər vermiş bir ölkədir. O, hər cür qeyri-İslam ünsürlərlə əməkdaşlıq edərkən, Azərbaycanın hərbi texnika ilə bağlı ticarətini “sionizm” hesab edir və İsrail əsgərlərinin Qarabağda olduğunu iddia edir. İsrailin Moskvadakı səfiri Ben Tsvi İranın bu xəyali və riyakar münasibətini belə tənqid edir:

“Düşünürəm ki, bu böyük bir cəfəngiyatdır. Çünki Dağlıq Qarabağ bölgəsində yalnız Rusiya və Türkiyə əsgərləri var. Xəyalpərəstlər Qarabağda marslıların da olduğunu deyə bilərlər”.

Demək lazımdır ki, İranın əsl problemi Azərbaycan ilə İsrail arasındakı hərbi və iqtisadi əməkdaşlıqdan çox daha fərqlidir. Türkiyənin başda Azərbaycan olmaqla, digər türk dövlətləri ilə yaxın əlaqələrinin artması və qardaşlıq əlaqələrinin dərinləşməsi İranı qorxudur.

Livanlı şiə din xadimi Şeyx Subhi Tufeyli İranın İsrail narahatlığına görə Azərbaycana qarşı təcavüzkar lobbiçiliyinin, əslində, bir aldatma olduğunu və bunun əsas problem olmadığını açıq şəkildə izah edir:

İran xarici işlər nazirindən Bakı məsələsinin əsl səbəbini soruşdum. Mənə: “Türkiyənin türk dövlətləri ilə əlaqələrini kəsmək istəyirik. Türkiyənin qarşısında bir koridor olmaması üçün ermənilərin yanındayıq”, deyə cavab verdi. O vaxt Tehranda idim və həm dövlətin, həm də mətbuatın Ermənistana verdiyi dəstəyə çox təəccübləndim”.

İran atdığı hər addımda yatan nəhəngi oyadır. “Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” şüarları, görünür, İranı çox qorxudub.

Bir sözlə, İran çox ciddi bir psixoz içindədir. Bu vəziyyətdə nəinki bölgədə sabitliyi pozur, həm də ətraf ölkələrin qonşuluq qanununa müdafiə edir. Ermənistanı daim Azərbaycana qarşı təhrik edən İran, əslində, silahı özünə tuşlayır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar