Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran-Azərbaycan sərhədində hansı oyunlar gedir? - Tehran Səddam Hüseynin strateji səhvini buraxa bilər...

İrana məxsus yük maşınlarından yol vergisinin alınması İran və Azərbaycan arasında müharibəyə səbəb ola bilərmi?..

Tarık Alhomayed
“Şarkul Avsat” qəzeti, 3 oktyabr 2021-ci il

700 km sərhədi olan İranın şimal-qərb qonşusu Azərbaycanla olan münasibətlərində nəzərəçarpacaq dərəcədə gərginlik yaranıb. Azərbaycan İranın yük maşınlarına vergi tətbiq etməyə başladıqdan sonra iki ölkə arasındakı əlaqələr gərginləşib. Ancaq əsas hekayə vergi məsələsindən daha böyükdür.

Detalları nəzərə çatdırsaq, İran öz ərazisini Ermənistanın cənubuna bağlayan bir yoldan istifadə edir və bu yolun bir hissəsi də Azərbaycandan keçir. AzərbaycanErmənistan arasındakı son müharibədən sonra bəzi torpaqlar yük maşınlarının hərəkət etdiyi bir şəhər də daxil olmaqla, Azərbaycanın nəzarətinə keçib.

Bu nöqtədə sual olunur: İrana məxsus yük maşınlarından yol vergisinin alınması iki ölkə arasında müharibəyə səbəb ola bilərmi? Bunun üçün İranın Azərbaycan sərhədində hərbi təlimlər keçirməsinə ehtiyac varmı? Əlbəttə ki, xeyr.

Ancaq İranın narahatlığını artıran məsələ İsrail, Azərbaycan və Türkiyənin bölgədəki geosiyasətini dəyişdirmək üçün birgə hərəkət etməsidir. Burada hekayənin əsas mahiyyətinə gəlirik.

ABŞ-ın Əfqanıstandan çəkilməsi, taliblərin hakimiyyətə qayıtması və ABŞ-ın İraqdan çəkilməsi və ya oradakı ordularının sayının azaldılması barədə danışdıqdan sonra, İran indi də bir sərhəd intiqamı ilə üz-üzədir.

İran öz ərazisindən kənarda oynamağa davam edir. Bu yaxınlarda Tehran Yaxın Şərq ölkələrində 6 ordusunun olduğunu deyərək, öyünürdü. Ancaq bu gün alovlar Əfqanıstandan və İraqdan, indi isə Azərbaycan tərəfdən İran sərhədlərinə yaxınlaşır.

Əldə etdiyim məlumata görə, Tehran Türkiyə-İsrail və Azərbaycan arasında artan yaxınlaşmadan ciddi narahatdır. Pakistan - “Taliban” yaxınlaşması ilə bağlı da ciddi narahatlıqları var. Məsələ bununla da bitmir. İran İsrailin bəzi Körfəz ölkələri ilə diplomatik yaxınlaşmasından da narahatdır. İsrailin xarici işlər nazirinin Bəhreyn səfərinin İran tərəfindən sərt şəkildə tənqid edilməsi bunun ən sadə nümunəsidir.

Beləliklə, İranın Azərbaycanla olan gərginliyi və hərbi əməliyyat təhlükəsi ilə bağlı əsas hekayəsi onu göstərir ki, Tehran alovlanan sərhədlərinin təhlükəsini bir neçə yolla hiss etməyə başlayıb. Əslində, İran bu gün milislər və agentlər vasitəsilə bölgə ölkələrinin ərazisində ikitirəlik və vətəndaş müharibələri yaratmaqdansa, öz sərhədlərini qorumalı idi.

Bəs mətbuatın yazdığı və ya xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın təhdid etdiyi kimi, İran Azərbaycana qarşı hərbi əməliyyat planlaşdırırmı? Azərbaycan prezidentinin açıqlamalarına cavab olaraq Abdullahiyan bu açıqlamaların təəccübləndirici və ziyanlı olduğunu, ölkəsinin anti-sionist varlığın təhlükəsizliyinə qarşı fəaliyyət göstərməsinə icazə verməyəcəyini və bu yöndə lazımi addımları atacağını söyləyib.

İranın hərbi əməliyyata başlayıb-başlamayacağı hələlik bəlli deyil. Hazırda müxtəlif istiqamətlərdən atəşə xəttində olan İran sərhədinə edilən təzyiqlər, İranın daxili böhranlara verdiyi reaksiya və xarici sui-qəsdlərə olan aludəçiliyi İranı Azərbaycana qarşı hərbi əməliyyat başlamağa sövq edə bilər.

İran belə bir şeyə cəhd edərsə, bəlkə də, Səddam Hüseynin Küveytə hücum etməsi kimi strateji bir səhv buraxa bilər. O zaman İran, şübhəsiz ki, nəinki sərhəd məsələsində, hətta bir neçə məsələdə də tələyə düşəcək. Belə bir vəziyyətdə İran kəskin və ciddi oxların hədəfi olacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Bu xəstəliklər bağırsaq xərçənginə yol açır

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Ən çox oxunanalar