Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda “dost atəşi”: ermənilər özlərinin 4 Su-25 qırıcısını və bir Mi8 vertolyotunu vurub?

Ötən ilin payızında 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələri ilə Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya o dərəcədə bərbad olub ki, ermənilər “dost atəşi” ilə öz hücum təyyarələrini və vertolyotlarını vurublar.

Bu məlumat Rusiyada fəaliyyət göstərən strategiyaların və texnologiyaların analizi Mərkəzinin ikinci Qarabağ müharibəsinə dair kitab şəklində nəşr edilən “Qafqazda fırtına” adlı əhatəli araşdırmasında yer alır.

“Yerli mənbənin sözlərinə görə, hərbi əməliyyatlar zamanı ermənilərin özlərinin açdığı atəşlə beşə qədər uçan aparatın-4 Su-25 hücum təyyarəsinin və 1 Mi-8 hərbi-nəqliyyat vertolyotunun vurulduğu deyilir. (onlardan ikisi deyilənə görə, Ermənistanın Vardenis rayonunda döyüş uçuşundan qayıdarkən S-125 zenit-raket kompleksi ilə vurulub, biri isə Qarabağ üzərində daşınan zenit-raket kompleksi ilə vurulub). Bu itkilər Ermənistan Hərbi Hava Qüvvələrinin vurulan Su-25 təyyarələrinin təxminən 25 faizini və döyüşdə vurulan Mi-8 vertolyotlarının 10 faizini təşkil edir”,-araşdırmada deyilir.

Mərkəzin analitikləri qeyd edirlər ki, ümumən Ermənistan HHQ-nin təminatına dair suallar mövcuddur. HHQ-nin arsenalında ən güclü döyüş təyyarələri Su-30SM hesab edilirdi, onların isə sayı məhdud idi. 2019-cu ildə cəmi 4 belə təyyarə alınmışdı, üstəlik məlum oldu ki, onların döyüş raketləri də olmayıb. Baxmayaraq ki, Su-30SM təyyarələrinin alınmasına dair Ermənistan 2012-ci ildən danışıqlar aparırdı.

“Sövdələşmə deyilənə görə, Ermənistanın ödəmə qabiliyyətinin olmaması nəticəsində pozulmuşdu. 2018-ci ildə bu təyyarələrə maraq yenidən oyandı, elə həmin il də müqavilə imzalandı. O vaxtkı müdafiə naziri David Tonoyan bildirmişdi ki, məqsəd təyyarələrin mümkün qədər tez əldə edilməsidir. 2020-ci ilin avqustunda o bildirdi ki, daha 4 təyyarənin alınmasına dair danışıqlar gedir. Amma 2020-ci ilin noyabrında, Ermənistanın məğlubiyyətinin ardınca Tonoyan istefa verdi”,-araşdırmada qeyd edilir.

Bildirilir ki, müharibə başlayanda Ermənistanın Su-30SM qırıcılarını idarə etmək üçün təcrübəli pilotları da yox idi, onlar hazırlıq keçməmişdi və yetərli uçuş saatı təcrübəsinə malik deyildi. Və nəticədə bu təyyarələr döyüş əməliyyatlarında istifadə edilmədi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim"

Ən çox oxunanalar