Qaxda iki minik avtomobili toqquşub, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun, Qax rayonuun Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticədə biri azyaşlı olmaqla ümumilikdə yeddi nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralılardan biri, körpə uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların müayinəsi Qax RMX-da aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Fotolar
pia.az