Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ReAl və Müsavat partiyaları qırğına çıxdı

ReAl və Müsavat partiyalarının funsionerləri arasında ciddi mübahisə başlayıb.

Mübahisəyə səbəb ReAl partiyasının üzvü olan deputat Erkin Qədirlinin YAP-çı həmkarları ilə birlikdə Heydər Əliyevin Türkiyədəki heykəlinin qarşısında şəkil çəkdirməsidir.

Həmin şəklə reaksiya verən Müsavat partiyasının başqanı Arif Hacılı Facebook-da “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi, Erkin Qədirli isə çox tez çatdı”,- deyə şərh yazıb.

Arif Hacılının baxışına görə, bir müxalifətçinin Heydər Əliyevə belə bir simpatiya nümayiş etdirməsi ondan xəbər verir ki, həmin müxalifətçi artıq “satılıb”.

Mübahisəyə partiya üzvləri də qoşulub və sosial şəbəkədə hər iki tərəfdən olanlar bir-birlərinə qarşı kəskin ittihamlar irəli sürüblər.

ReAl partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, deputat Erkin Qədirli səfər protokoluna uyğun hərəkət edib. O, Erkin Qədirlinin hərəkətini xırda səhv adlandırıb, əvəzində Müsavat başqanı İsa Qəmbəri 1993-cü ildə hakimiyyəti Heydər Əliyevə təhvil verməkdə ittiham edib.

N.Cəfərli İsa Qəmbərin buna görə hələ də xalqdan üzr istəmədiyini vurğulayıb.

Müsavatçılar isə ReAl partiyasının sədri İlqar Məmmədovdan üzr istəməyi tələb ediblər. Onlar bildiriblər ki, İlqar Məmmədov vaxtilə Milli İstiqlal Partiyasında olarkən təşkilat sədri Etibar Məmmədov Elçibəy hakimiyyətinin devrilməsində yaxından iştirak edib.

“Mənim Etibarla nə əlaqəm, nə qələt edib, özü bilər. Sədrimiz də 2003-dən AMİP-dən istefa verib” deyə N.Cəfərli müsavatçılara cavab verib.

O, Müsavat Partiyasını ReAl-a qurultay keçirmək üçün yer verməyə qorxmaqda qınayıb.

Arif Hacılı isə Natiq Cəfərliyə bildirib ki, Müsavat REAL-a qurultay üçün yer verməyə hazır olduğunu o vaxt bəyan edib və bu barədə mətbuatda yazılar var: “Təşkilatınız qaçıb dağılmışdı. Sizin qurultay keçirməyə, hətta 10-15 nəfəri bir yerə toplamağa halınız var idi?

O zaman Müsavat Divanında bu məsələnin çılpaqlığı ilə açıqlanmasının, sizin rəzil durumunuzun, bizim yer verməyimizə baxmayaraq sizin belə imkanlarınızın olmaması üzündən guya yer tapa bilməməyiniz barədə bəhanə etdiyinizi ictimailəşdirilməsinin də tərəfdarları var idi. Mən bunu etmədim. Niyə etmədim? Çünki, o zaman düşünürdüm ki, hakimiyyət də bunda maraqlıdır. O zaman sədriniz hələ həbsdə idi.

Həm də, bizə dəfələrlə deyilən bu vəziyyətdən abırlı çıxmağımıza şərait yaradın, xahişinizi nəzərə aldım. Belə çıxır ki, o zaman xahişlərinizi nəzərə alaraq sizə sifətinizi qorumağa şərait yaratmaqla səhv etmişəm”.

Arif Hacılı Erkin Qədirlinin saxta mandat daşıdığını da vurğulayıb.

Natiq Cəfərli isə “o mandatdan 5-6-sı da sizdə olub” deməklə A.Hacılıya cavab verib.

Məsələ ilə bağlı ReAl partiyasının sədri İlqar Məmmədov da açıqlama verib. Bildirib ki, Dövlət xətti ilə Türkiyəyə səfəri çərçivəsində Erkin Qədirli bir sıra faydalı görüşlərdə iştirak edib. Ənənəvi olaraq, səfərin proqramına mərhum prezident Heydər Əliyevin Ankaradakı heykəlinin ziyarəti də daxil olub.

“Səfər zamanı sözügedən ziyarətdə iştirak partiyanın deyil, Erkin Qədirlinin şəxsi mövqeyini əks elətdirir”. (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar