Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN-in Xidmət rəisi: “Haftonidə kəsilən ağacların yerində payızda yeniləri əkiləcək”

“Beta” şirkətinin Lənkəranda, meşə zolağında qanunsuz olaraq ağacları kəsməsi etirazla qarşılanıb.

PİA.az xəbər verir ki, Ekologiya və Təbii Sərvələr Nazirliyi yoxlamanın ilkin nəticəsini açıqlayaraq, şirkətin müqavilədən kənara çıxdığını bildirib və cərimələrin tətbiq ediləcəyini qeyd edib.

Bu gün aktivistlər Lənkəran rayonunun Haftoni kəndi yaxınlığında yerləşən sözügedən meşə sahəsinə gəliblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov ekoaktivistlərlə görüşüb, onların suallarını cavablandırıb.

Son günlər Haftoni ərazisindəki meşə sahəsində ağacların kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirən xidmət rəsmisi bildirib ki, hər zaman dialoqa hazırdırlar, ictimaiyəti narahat edən sualları cavablandırmaqdan da qaçmırlar:

“Bu ərazidə şirkət tərəfindən müqavilə şərtləri pozulub, bu işdə günahı olanlar barəsində tədbirlər görülür. Payızda kəsilən ağacların yerində ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağaclar əkiləcək, sonrakı mərhələlərdə isə icarəyə veriləcək açıq talalar ictimai dinləmələr əsasında ayrılacaq”.

Ekofəalların xidmət rəisi ilə Lənkərandakı görüşü sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

Ekspertlərin fikrinə görə, qanunvericiliyə uyğun olaraq, meşə fondu torpaqlarının icarəyə verilməsi müvafiq biznes planları əsasında aparılır və Meşə fondu torpaqlarında meşə bağların salınması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müvafiq təlimatlarına uyğundur. Bu, Beynəlxalq ekoloji təşkilatlar tərəfindən də dəstəklənir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar