Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib - Foto

İyunun 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin başa çatması ilə bağlı bağlanış mərasimi keçirilib.

PİA.az-ın məlumatına görə, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Yay məktəbi” təşəbbüsünü uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

M.Vəliyeva qeyd edib ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib: ““Yay məktəbi” şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sosial fəaliyyətlərə cəlb olunması, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkandır. “Yay məktəbi” uşaqların inkişafında, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özgüvən duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynayır".

Bağlanış mərasimində məktəblilər “Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər deyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” fəaliyyət göstərib. “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub.

I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay