Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əslində Paşinyan Moskvaya daha çox sərf edirmiş?

Rusiya siyasi elitasında Paşinyana qarşı geniş yayılmış laqeyd və mənfi münasibətə baxmayaraq Kreml Ermənistandakı seçkilərinin miqyasına Robert Köçəryanın xeyrinə təsir göstərmək üçün heç bir ciddi addım atmadı.

Virtualaz.org xəbər verir ki, “National İnterest” dərgisində Mark Yepiskopos belə yazır.

“Kreml tamamilə belə qənaətə gələ bilərdi ki, Köçəryanın qələbəsi mövcud problemləri həll etməkdənsə daha çox problemlər yaradardı. Köçəryanın Putinlə yaxın dostluq əlaqələrindən istifadə edib Dağlıq Qarabağdakı sülh prosesini Ermənistanın xeyrinə korrektə etmək  hərbi əməliyyatların dayandırılması barədə 2020-ci ilin  noyabrında imzalanmış  kövrək razılaşmaya yenidən baxılmasını istəməyən Moskva üçün ciddi problemdir”,-müəllif yazır.

Məqalədə deyilir ki, həmin razılaşmaya Putin və Əliyevlə birlikdə imza atan Paşinyanın başçılıq etdiyi, üçtərəfli razılaşmanı olduğu kimi dəstəkləməyə hazır olan hökumət Moskva üçün daha təhlükəsiz “stavkadır”.

Üstəlik Ermənistanın özündə, Rusiyada və Azərbaycanda Paşinyanı nə qədər NATO və Sorosun kuklası hesab etsələr də o, özünü Moskvanın üzüyola olmasa da, ən azından etibarlı partnyoru kimi təsdiqləyə bilib.

“Mən əvvəlki kimi bunu görürəm ki, Rusiya hakimiyyəti Ermənistanda Paşinyanın hakimiyyətdə qalmasına üstünlük verir”,-Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyanın eurasianet.org-a bu açıqlamasını da müəllif öz məqaləsində sitat gətirir.

“Bir çox yönləri ilə Paşinyan Putin üçün əla qənimət oldu: Rusiyanın nəzarətində olan, qanuni, demokratik yolla seçilmiş lider. Belarus prezidenti Lukaşenkodan fərqli olaraq”,-analitik bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay