Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO təlimində rüsvayçılıq: zavod "ələ keçirildi" - Video

Bolqarıstanda NATO-nun hərbi təlimi zamanı amerikalı hərbçilərin iştirakı ilə qalmaqal baş verib.

PİA.az APA-ya istinadən xəbər verir ki, amerikalı hərbçilərin təlim zamanı Plovdiv şəhərində zeytun yağı emalı zavoduna soxulub, sexdəki işçiləri silahla təhdid etməsinin videogörüntüsü yayılıb.

Zavod təlimin keçirildiyi hərbi aerodromun yaxınlığında yerləşir. Videogörüntülərdən aydın olur ki, bir qrup hərbçi hasarı aşaraq müəssisəyə "hücum"a başlayır. Zavoda daxil olan hərbçilər əməkdaşlara tərpənməməyi əmr edir və müəssisədə axtarışa başlayırlar. Bir müddət sonra onlar əməkdaşlara izah edirlər ki, zavodu təlim zonasının bir hissəsi hesab ediblər.

Zavodun sahibi Marin Dimitrov baş verən hadisəni alçaldıcı hesab edir və məhkəməyə müraciət edəcəyini bildirib: "Bu, mənim üçün təhqirdir. Elə bil ki, mən hansısa terrorçuyam".

Sonradan Bolqarıstan müdafiə naziri Georqi Panayotov baş verən olayla əlaqədar üzr istəyib. ABŞ tərəfi də zərər çəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bəyan edib.

pia.az


Etiket: Təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar