Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Biz kimik ki..." - Köçəryandan "acı" etiraf

"Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, habelə Qarabağla bağlı danışıqlarda tamhüquqlu tərəf deyilik".

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırda ümidi sadəcə, Rusiyayadır: "Lakin Rusiya bu problemi həll edə bilməsə, onu ittiham etmək olmaz", deyə sabiq prezident vurğulayıb.

İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan Robert Köçəryan başçılıq etdiyi "Ermənistan" blokunun fəallarının Kotayk vilayətinin sakinləri ilə görüşünə qatılıb.

Görüşdə Robert Köçəryan deyib: "Azərbaycanla dövlət sərhədimizin bir çox yerlərdə dəqiqlşədirməyə ehtiyacı var. Bu, uzun prosesdir. Uzun illər boyu Gürcüstanla demarkasiya ilə məşğul olmuşuq. Yetərincə problematik, torpağın hər metri uğrunda danışıqların getdiyi prosesdir. Adətən sərhədin bir hissəsində demarkasiya tez başa çatır. Lakin elə mübahisəli hissələr də olur ki, onlarla bağlı uzun-uzadı danışıqlar aparılır".

Köçəryan Azərbaycan-Ermənistan sərhədinin dəqiq müəyyənləşdirmədiyini etiraf edəndən sonra Ermənistanın indiki acınacaqlı, fəlakət vəziyyətindən bəhs edib.

"Çox zəif, pis vəziyyətdəyik. Prosesə başlayıbsansa, danışıqların güclü, tamhüquqlu tərəfi olmayınca, ayağa qalxmayınca onu tez bitirməməlisən. İndi zəif tərəfik. Ümidimiz sadəcə, Rusiya olduğundan, kimin nə deməyindən asılı olmayaraq, dərhal Rusiyaya ötürmə olur. Burada təhlükəli məqam da var. Əgər məsələ həll olunmursa, ermənilərin şüurunda belə fikir yaranır ki, Rusiya istəmir. Halbuki günah səndədir", - R.Köçəryan deyib.

pia.az 


Etiket: Köçəryan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ən çox oxunanalar