Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sona doğru?

Mayın 23-də Afina-Vilnüs reysi ilə uçan sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə yerə endirilib, NEXTA teleqram kanalının qurucusu Roman Protaseviç həbs edilib. Roman Protaseviç Belarus prezidenti Aleksandr Lukaşenkoya müxalif mövqeyi ilə tanınır. Belarusda ona iğtişaşlar təşkil etmə, ictimai asayişi kobud şəkildə pozmaq, sosial zəmində düşmənçiliyi qızışdırmaq ittihamları irəli sürülüb.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Belarus diktatorunun öz siyasi rəqibini həbs etmək üçün ölkəsinin hava məkanından keçən mülki təyyarəni vurmaqla təhdid edib endirməsi, 25 yaşlı jurnalist Roman Protaseviçi tutdurması diktatorların gerçək üzünü bir daha göstərir: “Biz müxtəlif avtoritar rejimlərin, diktatorların öz əleyhdarlarına qarşı dünyanın hər yerində əməliyyatlar keçirməsinin şahidi olmuşuq, bunların arasında Azərbaycan rejimi də var. Rusiyalı müxalifətçilərin xarici ölkələrdə qətlə yetirilməsindən tutmuş azərbaycanlı jurnalist və bloqçuları oğurlayıb ölkəyə gətirmək əməliyyatlarına, döyülmə, öldürməyə cəhdlərə qədər hadisələr hamıya bəllidir. Amma etiraf edək ki, təyyarəni zorla yerə endirib öz əleyhdarını həbs etmək kimi bir ilk əməliyyat Belarus diktatoru Lukaşenkonun ağlına gəlib.

Əslində, bu, dünyadakı avtoritar liderlərin get-gedə aqressivləşərək nə qədər aşırı radikal hərəkətləri özlərinə rəva gördüklərinin daha bir nümunəsidir və daha isterik bir nümunədir. Belə ağılsız hərəkət həm də küncə sıxılmış diktatorların çarəsizliyinin nümayişidir. Zamanın tələbi dünyanın demokratikləşməsidir. Qlobal demokratikləşmə prosesi geri dönməz xarakter almır. Prosesin geri dönməzliyi də diktatorları daha da aqressivləşdirir. İnanmaq istəyirik ki, bu aviaxuliqanlıq Belarus diktatoruna baha başa gələcək. Dünya liderlərinin sərt reaksiyaları və məsləhətləşmələrə başlanması belə əminlik yaradır ki, Lukaşenko və onun kimilər, nəhayət, dünya birliyinin adekvat reaksiyası ilə qarşılaşacaq”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qeyd edir ki, bütün diktatorların əvvəli fərqli, sonu isə eyni – faciəvi olur: “Onların bir çoxu sonları yaxınlaşanda ağıllarını itirir və səhvlərinə qurban gedirlər. ABŞAvropanın prezident kimi tanımadığı Lukaşenkonun sonu sələflərindən fərqli görünmür. Vilnüsə uçan sərnişin təyyarəsini məcburi Minskə endirməsinə və aeroportda jurnalist Roman Protaseviçi həbs etdirməsinə heç nə ilə haqq qazandırmaq mümkün deyil.

NEXTA teleqram kanalının qurucusu Roman Protaseviçə görə müxtəlif ölkələrin vətəndaşları olan 120 sərnişinin həyatını riskə atmaq, heç şübhəsiz, Lukaşenkoya baha başa gələcək. Çox keçməz ki, “Avropanın sonuncu diktatoru” adını qazanan Lukaşenko da özünün qorxunc sonluğuna çatar”.

1954-cü ildə doğulan Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.

2020-ci il avqustun 9-da keçirilən prezident seçkisində Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib elan edilib. İctimaiyyət seçkinin rəsmi nəticələri ilə barışmır, davamlı etiraz aksiyaları keçirir. ABŞ, Kanada, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Ukrayna Aleksandr Lukaşenkonu legitim dövlət başçısı saymır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar