Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə uşağın əllərini yandıran ana barədə cinayət işi açılıb

Baş Prokurorluq Bərdə rayonunda 7 yaşlı uşağın anası tərəfindən əllərinin yandırılması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən PİA.az-a daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində Bərdə rayonunda 7 yaşlı uşağın anası tərəfindən bədəninin müxtəlif nahiyələrinin yandırılaraq işgəncəyə məruz qalması və hazırda onun xəstəxanada stasionar müalicə alması barədə məlumatlar yayılıb. Qeyd edilən məlumat əsasında Bərdə Rayon Prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütəmadi olaraq döymüş və 21.05.2021-ci il tarixdə qızdırılmış qaşıqla qollarına xəsarət yetirib.

Fakta görə Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq şöbəsinə tapşırılıb".

"Eyni zamanda Raya Həsənovanın qanunsuz hərəkətləri hazırda azyaşlı Ömər Nəbizadənin həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək", - Mətbuat xidmətindən bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Zərurət olmadan maşinisti narahat etməyin cəriməsi artırılır

Ən çox oxunanalar