Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikanın “Böyük Ermənistan” planı davam edir - Bayden “Böyük Yaxın Şərq Layihəsi” ilə bağlı “təslim olmadıq”, mesajı verir...

Mustafa Kamal və dostları çıxıb bu oyunu pozmasaydı, məqsədlərinə çatacaq, Ermənistanı və Kürdüstanı quracaq, Anadolunu öz aralarında böləcəkdilər...

Ahmet Gürsoy
“Yeniçağ” qəzeti, Türkiyə, 28 aprel 2021-ci il

Görünən odur ki, Bayden adminstrasiyası “Böyük Yaxın Şərq Layihəsi”nin Türkiyə ayağını vurdu.
Xatırladığımız kimi, bu layihə Yaxın Şərqin parçalanması ilə 22 ölkədən ibarət yeni dövlətlərin qurulmasını nəzərdə tuturdu. Bayden adminstrasiyasının da böyük bir hissəsi özlərinə aid olan “Böyük Ermənistan” layihəsinin Qarabağdakı yeni vəziyyətini heç bəyənməyib. Çünki “Böyük Ermənistan” layihəsi 1830-cu illərdə planlaşdırılan, Sevrlə ictimailəşən və İstiqlaliyyət müharibəsi ilə böyük bir problemə çevrilən layihə idi.

“Lozanna” sazişi ilə “Böyük Ermənistan” layihəsinin ortadan qalxdığı düşünülsə də, bir çox insan bu müqavilənin “Böyük Yaxın Şərq Layihəsi” ilə yeniləndiyini söyləyir. Amerikanlar “Sevr” layihəsini yarımçıq qalmış bir iş kimi görürlər. Biz artıq bitdiyini düşünsək də, hər fürsətdə müxtəlif sui-qəsdlərlə bitirmədiklərini göstərirlər.

1820-ci illərdən bəri İstanbula gələn Amerika missionerlərinin yeganə məqsədi nə idi? Çox sayda müsəlmanı xristianlaşdırmaq. Lakin nə qədər çalışsalar da, bunu edə bilmədilər. O zaman nəyə qərar verildi? Türkiyədəki (Osmanlıdakı) xristian azlıqları maarifləndirmək və onları Osmanlı İmperiyasına qarşı təhrik etmək. Bunun üçün də onları missionerlik məktəblərində yetişdirməli idilər.

Bəs nə etdilər?

Yunanlara təhsil vermək üçün Amerika kollecləri qurdular. Merzifonda qurduqları kollec sayəsində pontisizmi dirçəltdilər. İstanbuldakı məktəblərdə də ermənilərin məlumatlılığını artırdılar və Daşnak-Hnçak dəstələrinin yaradılmasını təmin etdilər.

Hər iki azlıq qrupundan terror təşkilatları çıxardılar və bu müddətdə bir-birlərinin qəsdinə duran erməni və kürd terror qrupları, nəhayət, razılığa gəldilər. Beləliklə, Hoybun cəmiyyətini qurdular.

Bu quruluş da məhz türklərə, Osmanlı dövlətinə və indi də Türkiyə Respublikasına qarşı idi. Əlbəttə ki, bunlara İngiltərə, Fransa və Rusiyanın siyasi hesablarını da əlavə etməliyik. Hər bir ölkə həm ermənilərdən, həm də kürd tayfalarından öz xeyrinə istifadə edirdi. Üstəlik, hələ də istifadə etməyə davam edir.

Başlanğıcda ümumi çoxluğu Qriqorian olan erməni icması ABŞAvropanın paylaşma yarışında fərqli məzhəblərə bölündü. Çünki hər kəs öz üsyançı və terrorçularını yaratmaq üçün bir yarışa girmişdi. İlk sırada mübarizəni də erməni və yunan terror təşkilatları aparırdı.

Yunanların mübarizəsi Amerika Merzifon Kollecində qurulmuş Pontus cəmiyyəti, ermənilərinki isə Daşnak, Hnçak, ASALA və s. təşkilatlar idi. Amerikalı missioner məktəbləri hər iki icmanın türklərə qarşı yetişdirilməsinə töhfə verib.

Bu səbəbdən, 1915 hadisələri başlamazdan əvvəl ABŞ-da məşhur Vilson dövründə “türklər qırğınlar törədir”, təbliğatı yayılmağa başlamışdı. Səbəb isə aydın idi: Osmanlının paylaşılması və Türklərin Ön Asiyadan qovulması. Əks təqdirdə, ən pis ehtimalla, jandarmdan başqa silahlı qüvvəsi olmayan kiçik bir türk dövlətinə icazə verərək onları nəzarətdə saxlamaq istəyirdilər. Bir sözlə, söhbət “Sevr” layihəsindən gedir. Mustafa Kamal və dostları çıxıb bu oyunu pozmasaydı, məqsədlərinə çatacaq, Ermənistanı və Kürdüstanı quracaq, Anadolunu öz aralarında böləcəkdilər.

İndi isə yenə də “Böyük Yaxın Şərq Layihəsi”nin hədəflərindən biri məhz budur. Dörd ölkədən torpaq almaq və Kürdüstanı yaratmaq, Van və Ərzurum başda olmaqla, Böyük Ermənistanın əsasını qoymaq. Bayden verdiyi açıqlama ilə Vilsondan bəri bu hədəflərindən imtina etmədiklərini və buna nail olacaqlarını demək istəyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Ən çox oxunanalar