Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı alim: Dövlət Gömrük Komitəsi ləğv olunmalıdır

“Gömrüklə bağlı Azərbaycan şirkətlərinin, xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslərin, sahibkarların və eləcə də sərnişin kimi sərhəddən keçən vətəndaşların problemləri həm obyektiv, həm də subyektiv səbəblərdən qaynaqlanır”.

PİA.az bildirir ki, bu barədə Konkret.az-a açıqlamasında sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli fikir səsləndirib. O bildirib ki, Azərbaycanda əksər mallara tətbiq olunan gömrük rüsumları olduqca yüksəkdir: “Yəni 15 faizlik dərəcə ilə daha çox rüsum tətbiq olunur. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Azərbaycana qarşı tələblərində bu rüsumun ən azı 2 dəfə azaldılması tələb edilir. Maksimum gömrük rüsumları 7,5 faiz təşkil etməlidir. Bu, həm mal və xidmətlərin normal gediş-gəlişini asanlaşdırmalı, həm də istehlakçıların hüquqlarının qorunması baxımından səmərəli olardı. Ancaq Azərbaycan yeganə ölkədir ki, ÜTT-yə üzv olmaq üçün danışıqlara başlayıb, lakin heç bir əməli addım atılmayıb. Gömrük orqanları yeni monopoliyanın növünü normallaşdırmaq, həm də proqnoz göstəricilərini guya artıqlaması ilə göstərmək üçün, idxal olunan mallara özlərindən bəyannamə qiyməti tətbiq edirlər. Bu da ölkədə süni qiymət artımı yaradır. Təsəvvür edin ki, sahibkar və ya şirkət mal alır və müqavilə əsasında bank üzərindən ödəniş edir. Gömrük orqanlarının vəzifəsi onun invoysunda yazılmış qiyməti hesablayıb, müvafiq gömrük rüsumunu almaq və əlavə dəyər vergisini tətbiq etməkdir. Ancaq 300 dollarlıq malın bəyannamə qiymətini süni artırıb 500 dollar tətbiq edirlərsə, deməli 200 dollar artıq tələb olunur. Müxtəlif sahibkarlar etiraz edirlər, mediada bu haqda kifayət qədər məlumatlar paylaşılır. Bütün bunların səbəbi Gömrük orqanlarının “fəaliyyəti”nin nəticəsidir”.

Nazim Bəydəmirli əlavə edib ki, bəyannamə qiyməti o vaxt tətbiq oluna bilər ki, müvafiq sənədlərlə malın gömrük dəyəri müəyyən oluna bilməsin: “Ancaq faktiki olaraq sahibkarlar idxal etdiyi mallara ödədikləri vəsaiti invoysla sübut edirlər. Lakin yenə də Gömrük orqanlarının əməkdaşları süni qiymət artımını yaradırlar. Eləcə də son zamanların ən böyük problemlərdən biri də, sərhəd-keçid məntəqələrində könüllü gömrükçü adı ilə qanunun pozulmasıdır. Belə ki, əksər dövlət qurumları könüllülük fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunlarını düzgün tətbiq etmirlər. Ucuz işçi qüvvəsinə müxtəlif vədlər verərək, gənclərin əməyini istismar edirlər. Bu isə həm Əmək Məcəlləsinə, həm də könüllülük fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunlarına ziddir. Bundan əlavə bilirsiniz ki, müxtəlif dövlət orqanları yanında ictimai şuralar yaradılır. Təəssüf ki, Gömrük orqanının açıqladığı ictimai şura, onların öz əməkdaşlarından təşkil olunub. Bir növ mövcud qanunun verdiyi imkanlardan şəxsi məqsədlər üçün istifadə edirlər”.

İqtisadçı-alim qeyd edib ki, Gömrük orqanları tərəfindən cəlb edilən könüllülər vətəndaşlara müxtəlif narahatlıqlar yaradırlar: “Bu haqda kifayət qədər materiallar mövcuddur. Hesab edirəm ki, çıxış yollarından biri Dövlət Gömrük Komitəsinin ləğv olunmalı və fiskal siyasəti bir yerdə aparmaq üçün Vergilər Xidməti ilə birləşdirilməlidir. Təbii ki, ölkədə vergi toplayan bir qurum olmalıdır. Amma Gömrük Komitəsinin topladığı verginin 70 fazidən çoxu idxaldan əldə olunan əlavə dəyər vergisi, aksiz və yol vergisidir. Adından da göründüyü kimi bunların hamısı vergidir və bir qurum altında (Vergilər Xidməti) toplanmalıdır. Dünya ölkələrinin böyük əksəriyyətində Dövlət Gömrük Komitəsi adlı qurum yoxdur. Gömrük Xidməti var, bu da ki Maliyyə Nazirliyinin və ya fiskal siyasət həyata keçirən qurumların tərkibində olur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar