Müğənni Sevil və Sevinc bacıları səhnədən getdiklərini açıqlayıblar.
Musavat.com xəbər verir ki, onlar bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
Əkizlər bildiriblər ki, 2.4 milyonluq "İnstagram" səhifələrini bağlayırlar və səhnə ilə vidalaşırlar:
"Bilmirəm hazırda verdiyimiz açıqlama necə qarşılanacaq. Biz yorulduq, tükəndik, bitdik. Qərara gəldik ki, səhnəni tərk edək. Sabahdan "Sevil-Sevinc" İnstaqram səhifəsi olmayacaq. Dəstəyiniz üçün çox sağ olun, bizə halallıq verin. Əlvida".
pia.az