Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəzakət Məmmədova: “Bayden Putini devirməyə çalışacaq” - Müsahibə

Politoloq:  “MDB məkanında Rusiya-ABŞ qarşıdurmasının əsas xətləri Gürcüstan, Belarus və Ukraynada olacaq”.

“Trampın dövründə ABŞ-ın siyasəti bir xeyli yumuşaq idi. Amma Baydenin Rusiyaya münasibəti çox sərt olacaq”.

Yaxın illərdə Rusiya-ABŞ münasibətlərindəki gözlənilən dəyişiklikləri və bunun regiona təsirlərini PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müsahibə edib.

Qeyd edək ki, ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. Sanksiya layihəsi Aleksey Navalnının zəhərlənməsi və həbs olunmasında əli olan hakimiyyət üzvlərinə qarşı fərqi sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.

Həmin şəxslərə viza verilməsinin dayandırılması, bank hesablarının dondurulmasını nəzərdə tutur. Habelə, təşəbbüs ABŞ hakimiyyətinə Rusiya prezidenti və onun yaxın ətrafının gəlirlərini analiz etməyi də nəzərdə tutur.

Nəzakət Məmmədova: “Əgər Azərbaycan ABŞ-la münasibətləri dərinləşdirmək istəsəydi, bir müddət gözləyərdi və Rusiya ilə müqavilə imzalamazdı”.

Politoloq Nəzakət Məmmədova ilə olan müsahibəni PİA.az oxucularının diqqətinə çatdırır :

- Nəzakət xanım, Baydenin Rusiya siyasəti Tramp adminstrasiyasının siyasətindən nəylə fərqləcək? Hazırda Rusiya-ABŞ münasibətlərində hansı açıq və gizli minalar var?

- ABŞ-da prezident seçkiləri hələ təzə başa çatıb və yeni admintrasiya tam olaraq formalaşmayıb. Təbii ki, biz Bayden administrasiyasının xarici siyasətini tamamilə təsəvvür edə bilmərik. Bu qeyri-realdır. Amma Bayden administrasiyasının ana siyasi xəttini ümumi şəkildə izah etmək mümkündür.

Bildiyimiz kimi Tramp Rusiyaya beynəlxalq siyasətdə geniş əl-qol açmağa imkan vermişdi. O, RusiyaABŞ-ın əsas düşməni hesab etmirdi. Tramp daha çox Çini ABŞ-ın düşməni hesab edirdi. Buna görə də Çinlə ticarət müharibələri başlamışdı.

Rusiyanın Tramp dövründə beynəlxalq siyasətdə daha çox manevr etmək imkanları var idi. Hətta Trampla Putinin münasibətləri o qədər yaxşı idi ki, ABŞ-da Trampın rəqibləri Trampla Putinin görüşdən narahat idilər. Onlar Trampın ABŞ-ın dövlət sirrlərini Rusiyata verməsindən qorxurdular. Təsadüfi deyil ki, o vaxt ABŞ-da Trampın hakimiyyətə gəlməsində Rusiyanın rolu olduğu haqqında məlumatlar yayıldı. Bununla bağlı ABŞ-da bir neçə istintaq getdi.

Lakin hesab etmək olar ki, yeni adminstrasiya RusiyaMDB məkanına daha çox diqqət ayıracaq. Yəni ABŞ-Rusiya qarşıdurması Suriyada, ya da dünyanın hansısa nöqtələrində deyil, birbaşa Rusiya sərhədlərinə köçürüləcək.

Bununla bərabər Bayden ABŞ siyasətində ənənəviliyin tərəfindədir. Yəni ABŞ xarici siyasətində ənənəvi olaraq hansı siyasət aparırdısa, Bayden bunun davamını gətirəcək. Bu da Rusiya üçün müsbət haldır. Çünki Rusiya gözlənilməz surprizlərlə qarşılaşmayacağını biləcək. Rusiya ABŞ-ın ənənəvi xarici siyasətini çox yaxşı bilir. Buna görə də Rusiya öz fəaliyyətini ABŞ-ın xarici siyasətinə uyğun qurmağa çalışacaq.

Trampın dövründə ABŞ-ın siyasəti bir xeyli yumuşaq idi. Amma Baydenin Rusiyaya münasibəti çox sərt olacaq. Bayden Çinlə münasibətləri yaxşılaşdıracaq. Əsas hədəf kimi isə Rusiyanı göstərəcək. ABŞ-ın xarici siyasəti Rusiyaya qarşı radikallığı ilə seçiləcək. Rusiyanın ərtafındakı bölgələr, xüsusilə Belarus, Ukrayna, Baltikyanı respublikaları, Ermənistan, Gürcüstan üzərindən ABŞ nəzarətini artıracaq. Beləliklə də ABŞ Rusiyanı blokadada saxlamağa çalışacaq.

Nəzakət Məmmədova: “Rusiya ABŞ-ın ənənəvi xarici siyasətini çox yaxşı bilir. Buna görə də Rusiya öz fəaliyyətini ABŞ-ın xarici siyasətinə uyğun qurmağa çalışacaq”.

Bundan başqa Baydenin İranla münasibləri yaxşılaşdıracağı gözlənilir. Bu da Rusiya üçün müsbət haldır. Çünki ABŞ-İran münasibətləri kəskinləşəndə təbii ki, bunun Rusiyaya da mənfi tərəfləri olur. Onu da qeyd edim ki, ABŞ-la İranın münasibətlərinin yaxşılaşmasının da Rusiyaya mənfi təsirləri də var.

İsrail və Səudiyyə Ərəbistanı ilə ABŞ münasibətləri pisləşə bilər. Bu da Rusiyanın xeyrinədir. Çünki nə Səudiyyə Ərəbistanı, nə də İsrail Yaxın Şərqdə Rusiyanın müttəfiqi olmayıblar. Bununla yanaşı Rusiya Suriyada öz mövqeyini gücləndirəcək və nüfuz dairəsini artıracaq.

- Ermənilər iddia edirlər ki, Bayden Trampdan fərqli olaraq Cənubi Qafqaza daha çox diqqət ayıracaq və burda itirilən mövqeləri bərpa edəcək. Sizcə 44 günlük müharibədən sonra Rusiya və Türkiyə bu regionda daha çox möhkəmləndikdən sonra ABŞ-ın Cənubi Qafqazda əvvəlki mövqelərini bərpa etmək üçün yetərincə resursları varmı? Xüsusən Azərbaycan-ABŞ münasibətlərinə tədir edən əsas müsbət və mənfi faktorlar hansılardır və iki ölkə arasında gərginlik üçün hansı əsaslar var? Sizcə Vaşinqton və Bakı normal münasibətlər qurmaq üçün siyasi iradə nümayiş etdirəcəklər?

- Azərbaycanla Rusiya arasında Dağlıq Qarabağda sülhməramlıların yerləşməməsi ilə bağlı 5 illik müqavilə var. Baydenin gəlib bunu dəyişəcəyi inandırıcı deyil. Baydenin hakimiyyətə gəlməsi rus qoşunlarının Dağlıq Qarabağdan çıxmasını labüd etmir. Çünki Rusiya Azərbaycanın razılığı ilə Qarabağa gedib və təbii ki, Azərbaycan da ABŞ-la birləşib rus qoşunlarını Qarabağdan çıxarmaq kimi averturaya girməyəcək.

Əgər Azərbaycan ABŞ-la münasibətləri dərinləşdirmək istəsəydi bir müddət gözləyərdi və Rusiya ilə müqavilə imzalamazdı. Yəni Azərbaycan Baydenin hakimiyyətə gəlməsini gözləyib, ondan kömək istəyə bilərdi. Beləliklə də Azərbaycan vaxt uda bilərdi. Necə ki, bunu Ermənistanda Paşinyan, Gürcüstanda isə müxalifə edir. Amma Azərbaycan bunu etmədi və Rusiya ilə əməkdaşlığa getdi.

Nəzakət Məmmədova: “Azərbaycan Baydenin hakimiyyətə gəlməsindən heç nə gözləmir”.

Bu da o deməkdir ki, Azərbaycan Baydenin hakimiyyətə gəlməsindən heç nə gözləmir. Həmçinin də bu o deməkdi ki, Azərbaycan ən azından qarşıdakı 5 ildə öz müttəfiqi kimi Rusiyanı görür. Buna görə də bu məsələdə nəyinsə dəyişəcəyini gözləmirəm.

- Baydenin Rusiya ilə bağlı siyasətində MDB ölkələri hansı rol oynaya bilər? Bəzi analitiklər hesab edirlər ki, demokrat adminstrasiya rəngli inqilabları davam etdirəcək və hesab olunur ki, Bayden adminstrasiyası daha çox MDB ölkələrinə diqqət ayıraraq Rusiyanın mövqeyini sarsıtmağa çalışacaq.

- Əslində Baydenin Putini hakimiyyətdən devirəcəyini düşünmürəm. Bayden Putini devirməyə çalışacaq, amma bu alınmayacaq. Sadəcə olaraq Bayden Navalnıya dəstəməklə və digər üsullarla Rusiyanı zəiflətmək və Putini güzəştə getməyə məcbur edəcək.

Demokratlar administrasiyasının rəngli inqilabları dəstəkləməsi isə ola bilər ki, yenidən əsas xəttə çevrilsin. Amma MDB-nin hansı ölkəsində rəngli inqilab perspektivi var ki? Buna görə də inandırıcı deyil. Ancaq Belarusda problemlər var. Lakin gördüyümüz kimi, Lukaşenko vəziyyəti ustalıqla idarə edir.

MDB məkanında Rusiya ABŞ qarşıdurmasının əsas xətləri Gürcüstan, Belarus və Ukraynada olacaq. Çünki Gürcüstanda müxalifət Baydenin hakimiyyətə gəlməsini gözləyirdi. Rusiya isə orada möhkəmlənmək istəyir. Moldova, Azərbaycan, Ermənistan, Qırğızıstanda da mübarizə davam edəcək. Amma bu mübarizınin hansı səviyyə çatacağını indidən proqnoz etmək mümkün deyil.

Nəzakət Məmmədova: “Bayden NATO müttəfiqləri ilə ABŞ-ın münasibətlərini yaxşılaşdıracaq”.

Ümumilikdə isə Bayden ABŞ-ın dünyada nüfuzunu artırmağa çalışacaq. Bayden NATO müttəfiqləri ilə ABŞ-ın münasibətlərini yaxşılaşdıracaq. Bu da Rusiyanın ziyanınadır. Çünki Rusiya NATO-nun parçalanmasının tərəfdarıdır. Qarşıdakı illərdə ABŞ-la Rusiya arasında böyük qarşıdurma qaçılmazdır.

Nəzərə almalıyıq ki, əgər Baydenin səhhəti imkan versə, növbəti 4 ildə prezident olacaq. Putin də 2036-cı ilə qədər prezident olmaq fikrindədir. Buna görə də biz qarşıdakı 4 ildə gərgin münaqişələrin şahidi olacağıq.

Nərminə UMUDLU
pia.az


Etiket: Rusiya-ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ən çox oxunanalar