Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ yenidən İranla nüvə sazişinə qayıdarsa sünni ərəb ölkələri və İsraillə münasibətləri pozula bilərmi?

İran üzərindən sanksiyaların götürülməsinin Yaxın Şərqə təsiri...

Politoloq: “ABŞİranla nüvə müqaviləsinə qayıtmağa Avropa ölkələri çağırır. Çünki Avropa ölkələrinin İranla qeyri-rəsmi benzin emalı, neft ticarəti var”.

“Yəhudi lobbisi ABŞ-da çox güclüdür. Buna görə inanmıram ki, Bayden administrasiyası belə tez İranla nüvə sazişi müqaviləsinə qayıdacaq”.

Bu sözləri politoloq Əhəd Məmmədli ABŞ-ın İranla nüvə müqaviləsinə qayıtması çağırışlarını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-da Bayden dönəmi başlayandan sonra Vaşiqntonun yenidən İranla olan nüvə sazişinə qayıtması əsas gündəm məsələlərdən biridir. Qeyd edək ki, Tehran İranın nüvə anlaşmasının gələcəyi ilə bağlı çıxılmaz vəziyyətin aradan qaldırıla biləcəyini deyərək, Avropanın İranABŞ-ın razılaşmaya qayıtması üçün yardım edə biləcəyini təklif edib.

Xatırladaq ki, indiyə qədər İran 2015-ci il uran zənginləşdirilməsini dayandırmaqla nüvə sazişinə riayət etməsindən əvvəl keçmiş Prezident Donald Trampın tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvini tələb edirdi. Lakin indi İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif CNN-ə bildirib ki, İran Avropanın xarici siyasət rəhbəri Cosef Borrellin vasitəçiliyi ilə tərəflərin “sinxronlaşdırılmış” fəaliyyətləri ilə razı ola bilər.

Vaşinqton bu fikrə hələ cavab verməyib. Dövlət Katibi Antoni Blinken keçən həftə ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına yenidən qoşula biləcəyini deyib.

Qeyd edək ki, ABŞ-ın İranla nüvə müqaviləsinə qayıtması dünyanın əsas gündəm maddəsinə çevrilib. Avropadakı müttəfiqlər ABŞ-ı yenidən sazişə qoşulmağa çağırır. Həmçinin Çin və Rusiya da bu müqaviləni dəstəkləyir. Ancaq Bayden administrasiyasının sazişə qayıtmaq fikrini yanlışlıq kimi qiymətləndirənlər də var.

ABŞ yenidən sazişə qoşulacaqmı və Baydenin dövründə ABŞ İran münasibətlərini necə proqnoz etmək olar?

İran-ABŞ münasibətlərinin gələcəyini PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “İranla ABŞ münasibətlərinin düzəlməsi Avropa ölkələrinin maraqlarına cavab verir”.

İranla ABŞ münasibətlərinin düzəlməsinin İsrailin maraqlarına cavab vermədiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, ABŞ bu məsələ ərtafında hələ bir müddət düşünəcək:

ABŞİranla nüvə müqaviləsinə qayıtmağa Avropa ölkələri çağırır. Çünki Avropa ölkələrinin İranla qeyri-rəsmi benzin emalı, neft ticarəti var. Əsasən bu ölkələrə Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələr daxildir. Böyük Britaniya belə bu sazişdən sonra, yəni Obama dövründə İranla ticarət əlaqələrində idi. Tramp hakimiyyətə gələndən sonra isə bütün əlaqələri pozdu və hər kəsin İranla münasiblərdən geri çəkilməsini tələb etdi.

ABŞ İranla əlaqələrinin kəsilməsi üçün bütün Avropa şirkətlərinə ultimatum vermişdi. Əgər şirkətlər İranla əlaqə qursaydı, ABŞ onlara qarşı ciddi addımlar atacağını bildirmişdi. Buna görə də şirkətlər, kompaniyalar İranla münasibdən geri çəkilmişdi.

Buna görə də İranla ABŞ münasibətlərinin düzəlməsi Avropa ölkələrinin maraqlarına cavab verir. O cümlədən Çin və Rusiya da İranla ABŞ münasibətlərinin düzəlməsini istəyirlər. İranla ABŞ münasibətlərinin düzəlməsi təbii ki, İsrailin maraqlarına cavab vermir. Bildiyimiz kimi yəhudi lobbisi ABŞ-da çox güclüdür. Buna görə inanmıram ki, Bayden administrasiyası belə tez İranla nüvə sazişi müqaviləsinə qayıdacaq. ABŞ bu məsələ ərtafında hələ bir müddət düşünəcək”.

Əhəd Məmmədli: “Tramp məğlubiyyətə uğrayanda sonra Səudiyyə Ərəbistanı Türkiyə ilə münasibətləri düzəltməyə başladı”.

Bəs İran üzərindən sanksiyaların götürülməsi regiona necə təsir edə bilər? Xüsusən Yaxın Şərqdə ABŞ-sünni ərəb və ABŞ-İsrail münasibətləri Vaşinqtonun nüvə sazişinə qayıtmasından sonra dəyişikliyə məruz qala bilərmi?

Sualımıza cavab olaraq Əhəd Məmmədli bildirib ki, İranla ABŞ münasibətlərinin düzəlməsi regionda gərginliyin daha da azaldacaq. Amma ABŞ-ın İranla münasiblərinə düzəlməsi onun İsrail və Ərəb ölkələri ilə münasibətlərinə xələl gətirə bilər:

İranla ABŞ münasibətlərinin düzəlməsi regionda gərginliyin daha da azaldacaq. Amma ABŞ-ın İranla münasiblərinə düzəlməsi onun İsrail və Ərəb ölkələri ilə münasibətlərinə xələl gətirə bilər.

Unutmayaq ki, Tramp məğlubiyyətə uğrayanda sonra Səudiyyə Ərəbistanı Türkiyə ilə münasibətləri düzəltməyə başladı. Ərəb ölkələri bu istiqamətdə addımlar atmağa başlayıblar. Onlar gələcəkdə İranla qarşıdurmada özlərinə güclü müttəfiqlər tapmaq niyyətindədirlər.

Onu da qeyd edim ki, ABŞ-la Rusiya arasında Navalnıya görə münasibətlərin pisləşməyə getdiyi vaxtda, inanmıram ki, ABŞ İranla münasiblərinə yaxşılaşdıracaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Ən çox oxunanalar