Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baku Medikal Plaza” qazinin övladının nəşini girov saxlayır

Vətən müharibəsinin qazisinin azyaşlı övladının meyiti “Baku Medical Plaza”da girov saxlanıb...

Jurnalist Əli Rais: ““Medikal Plaza uşağın valideynlərindən 32 min manat aldı. 3-cü günü uşağın öldüyünü dedilər. Lakin meyiti vermədilər. Bildirdilər ki, 900 manat borcları var”.

PİA.az xəbər verir ki, klinika dünyasını dəyişən uşağın cansız bədənini ailəsinə təhvil verməkdən imtina edib. Buna səbəb yerdə qalan borcu da ödəməyi tələb etmələri olub. Bu haqda jurnalist Əli Rais yazıb ki, iki ay öncə Abbas üçün hesab açılıb, müalicəsi üçün yardım kampaniyası təşkil edilib. Onun sözlərinə görə, Abbasa ilik köçürülməli idi:

“Atası 44 günlük Vətən savaşının iştirakçısı idi və oğlunun durumundan xəbərsiz idi. Donor kimi onun gəlməsi lazım idi. Abbasin atası müharibədən sonra analiz üçün 5 günlük məzuniyyətə buraxıldı. Lakin həkimlər dedilər ki, ata donor kimi yaramır. Tibbi göstəricilər uyğun deyil. Kampaniya çərçivəsində qısa zamanda 32 min manatdan yuxarı vəsait yığıldı. Lakin aparılan yanlış müalicə, doğru olmayan qərarlar nəticəsində uşaq ötən həftə komaya düşdü. 3 gün “Baku Medikal Plaza”da qaldı. Bu 3 günün içində “Baku Medikal Plaza” uşağın valideynlərindən 32 min manat aldı. 3-cü günü uşağın öldüyünü dedilər. Lakin meyiti vermədilər. Bildirdilər ki, 900 manat borcları var. Onu da ödəməlidirlər. Valideynləri son 500 manatlarını xəstəxanaya ödəyib, çətinliklə də olsa uşağın nəşini ala biliblər. 3 gün ərzində xəstəxana bu qədər pulu nəyə xərclədi? Xərclədisə niyə uşaq yaxşılaşmaq əvəzinə həyatını itirdi? Abbasa yardım edənlər sağ olsunlar. Qansızlıq edənlər də cəzalarını almalıdır”. (Reportyor.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar