Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb - Yenilənib

Qazaxıstanda parlamentin aşağı palatası olan Məclisə və yerli təmsilçilik orqanlarına seçkilər başa çatıb.

PİA.az-ın xəbərinə görə, yerli vaxtla saat 21.00-da bütün ölkə ərazisində səsvermə yekunlaşıb.

Saat 20.00-a seçici fəallığı 63,1 faiz təşkil edib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərdə yekun seçici fəallığı ilə bağlı ilkin məlumatı saat 22.00-dan sonra dərc edəcək. Seçkinin ilkin nəticələri barədə məlumat isə yanvarın 11-də açıqlanacaq.

Ölkədə seçki ilə bağlı bütün proseslər yanvarın 17-dək başa çatmalıdır.

***

Qazaxıstanda parlament məclisinə (aşağı palata) və məslihatlara (hakimiyyətin yerli nümayəndəlikləri) növbəti seçkilərdə səsvermə başlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Konstantin Petrov bildirib.

Nur-Sultan vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə 05:00) Qazaxıstanın əksər bölgələrində seçki məntəqələri açılıb. Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) ölkənin qərb bölgələrində - Qərbi Qazaxıstan, Atırau, Aktübin, Qızıl Orda və Manqistau vilayətlərində səsvermə başlanılıb.

“Paytaxt vaxtı ilə saat 08:00-dan etibarən ölkənin hər yerində 10 994 seçki məntəqəsində və Qazaxıstan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərində 17 seçki məntəqəsində səsverməyə başlanılıb”, - deyə MSK rəsmisi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, xaricdəki 49 seçki məntəqəsi saat zonalarındakı fərq nəzərə alınaraq səsverməyə daha sonra başlayacaq.

Səsvermə ölkənin əsas ərazisində Nur-Sultan vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 18:00) sona çatacaq. Qərb bölgələrində vaxt fərqi səbəbindən məntəqələr bir saat gec bağlanacaq. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Ən çox oxunanalar