Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresi Baydenin seçki qələbəsini sertifikatlaşdırdı

ABŞ Konqresi Demokrat Co Baydenin noyabr prezident seçkilərindəki qələbəsini sertifikatlaşdıraraq cümə axşamı öz Konstitutsiya borcunu yerinə yetirib. Sertifikatlaşdırılma seçkilərdə məğlub olmuş Prezident Donald Tramp tərəfdarlarının Kapitoli binasına hücum etməsindən bir neçə saat sonra tamamlanıb.

Yarımçıq kəsilmiş və sonradan işini bərpa etmiş sessiyaya qaydalara uyöun olaraq Vitse Prezident Mayk Pens rəhbərlik edib. O, rəsmi Elektoral Kollegiya səslərinə görə, Baydenin 306, Trampın isə 232 səs aldığını bəyan edib.

Son iki ayda Tramp dəfələrlə və əsassız olaraq özünü qalib elan edərək öz tərəfdarlarını nəticələrin aradan qaldırılması istiqamətində mübarizə aparmağa çağırıb. Bu tendensiya onun çərşənbə günü verdiyi bəyanatlarda da əks olunub.

Konqres Baydenin qələbəsini sertifikatlaşdıran kimi Tramp yanvarın 20-də intizamlı hakimiyyət keçidinə öhədlik götürüb, lakin əlavə edib ki, seçki nəticələri ilə "tamamilə"razılaşmır.

Trampın bəyanatını prezidentin sosial media dirketoru Dan Scavino paylaşıb. Həm Facebook, həm də Twitter çərşənbə günü iğtişaşlarla bağlı verdiyi bəyanatlara görə Trampın hesablarını dayandırıb.

ABŞ Kapitoli polisi, federal, ştat və yerli hüquq-mühafizə orqanları Tramp tərəfdarlarını Kapitoli ərazisindən uzaqlaşdırdıqdan sonra Senat və Nümayəndələr Palatasının üzvləri məşvərət zallarına qayıda biliblər.

Nümayəndələr Palatasının spikeri Demokrat Nensi Pelosi çərşənbə günü Kapitoli ətrafında baş verənləri sərt şəkildə qınayıb.

"Bu gün demokratiyamıza rüsvayçı hücum edildi," Pelosi deyib. "Bu, hökumətin ən yuxarı səviyyəsinin xeyir-duası ilə baş verdi. Lakin bu, bizi Co Baydenin seçilməsini təsdiqləmək borcumuzdan yayındıra bilməz."

"Siz qalib gəlmədiniz. Zorakılıq heç vaxt qalib gəlmir," deyə Vitse-Prezident Mayk Pens Senatın təsdiqləməyə başlaması ərəfəsində etirazçılara xitabən bəyan edib.

Toqquşmalar Mayk Pensin qanunvericilərə məktubunda Baydenin qələbəsinin sertifikatlaşdırılmasının qarşısını almağa cəhd etməyəcəyini bildirməsindən iki saat sonra başlanmışdı. O, bu addımı Prezident Trampın dəfələrlə Vitse-Prezidenti Baydenin Ağ Evə gedən yolunu kəsməyə çağırmasından sonra atmışdı.

ABŞ Kapitolisinin polisi çərşənbə günü Kapitoli binası və ətrafının qapanmasına göstəriş vermişdi. Onlar Prezident Donald Trampın minlərlə tərəfdarının Demokrat Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləmək üçün Konqresdə keçirilən səsverməyə etiraz etmək məqsədilə binaya daxil olmasının ardınca Konqresə kənardan təhlükə törəndiyini bildirmişdilər.

Sosial mediada və Amerika mətbuatında yayılan video görüntülərdə Tramp tərəfdarlarının Konqres ətrafında polisin qurduğu baryerləri keçərək Kapitoli binasına daxil olduqları göstərilib. Nümayəndələr Palatasının qapısını qırmağa çalışan bəzi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilib.

Kapitoli binası qarşısında böyük izdiham toplaşdığı və etirazçılar polislə toqquşduğu bir vaxt Prezident Donald Tramp Twitter-də onları "Kapitoli polisini və hüquq-mühafizə orqanlarını dəstəkləməyə" çağırıb.

Paytaxt Vaşinqton şəhərinin meri Muriel Bouser yerli vaxtla axşam saat 6-dan başlayaraq gecə boyu komendant saatı tətbiq edib.

Bundan qısa müddət öncə isə Senatdakı Respublikaçı çoxluğun lideri Mitç Makkonnell seçki nəticələrini aradan qaldırmağı rədd edib və deyib ki, o, "Amerika xalqının qərarına hörmət edəcək şəkildə səs verəcək."

Prezident Trampın tərəfdarları ABŞ Kapitolisinə hücum edərək binanın qapanmasına bais olduqdan sonra yeni seçilmiş prezident Co Bayden Trampı xalqa müraciət etməyə və sülhə çağırmağa səsləyib.

"Mən Prezident Trampı indi milli televiziyaya çıxaraq öz andını yerinə yetirməyə və Konstitutsiyanı müdafiə etməyə və bu mühasirəyə son qoymağa çağırıram," Bayden deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar