Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həmsədrlər arasında regionda çox böyük qarşıdurma yaranıb” - Nəzakət Məmmədova

Politoloq: “Dünya siyasətinin iki nəhəng, söz sahibi olan, Minsk qrupunun həmsədri rolunda Qarabağ məsələsinin həllində iştirak tələb edən, əslində isə öz maraqlarının təmin olunmasını istəyən ABŞ və Fransa Azərbaycan, Rusiya və Türkiyənin səyləri nəticəsində oyundankənar vəziyyətə düşüb”

“Status məsələsini hələ də öz gündəliyində daşıyan Minsk qrupu Ermənistan üçün son şansdır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova həmsədrlərin regiona səfərlərini və Araik Arutunyanın onlarla görüşməkdən imtina etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftənin sonunda ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri regiona səfər edib və AzərbaycanErmənistan rəhbərləri ilə görüşüblər. Bu səfər hər şeydən əvvəl Minsk qrupunun artıq bir tarix olduğu görüntüsünü ortaya qoydu və Rusiyanın ABŞ və Fransanı Qarabağ probleminin həlli prossesində artıq görmək istəmədiyini də ortaya çıxardı.

Maraqlıdır ki, həmsədrlər Yeravanda olarkən separatçı qurumun cinayətkar rəhbəri Araik Arutunyan da onlarla görüşməkdən imtina edib. Arutunyan imtinasını Rusiyadan olan həmsədrin səfərdə iştirak etməməsi ilə əlaqələndirib.

Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin bölgəyə səfərini və bu vasitəçi qurum ətrafında yaranmış son vəziyyəti PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovayla müzakirə edib.

Nəzakət Məmmədova: “Arayik Arutunyanın demarş etməsi, həmsədrlərlə görüşdən imtina etməsi inandırıcı deyil”.

Araik Arutyunyanın nəinki Minsk qrupunun həmsədrləri, beynəlxalq təşkilatlardan kim gələrsə, görüşüb dərdini deməyə hazır olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, ola bilsin ki, Ermənistan rəhbərliyinin və Minsk qrupu həmsədrlərinin onunla görüşməyi məsləhət bilməməsi daha ağlabatan versiyadır. Çünki bununla onlar onsuz da itirilmiş nüfuzlarını daha da itirməkdən, separatçılarla əməkdaşlıqda ittiham olunmaqdan qorxurlar:

“Dünya siyasətinin iki nəhəng, söz sahibi olan, Minsk qrupunun həmsədri rolunda Qarabağ məsələsinin həllində iştirak tələb edən, əslində isə öz maraqlarının təmin olunmasını istəyən ABŞ və Fransa Azərbaycan, Rusiya və Türkiyənin səyləri nəticəsində oyundankənar vəziyyətə düşüb. Minsk qrupu hazırda məğlub olmuş Ermənistana hava-su kimi lazımdır, bəlkə də o, ermənilərin son ümididir, çünki onlar status iddialarından əl çəkmək fikrində deyillər. Rusiya, AzərbaycanErmənistan dövlət başçılarının 10 noyabr sazişində heç bir statusdan söhbət getmir. Belə olan halda status məsələsini hələ də öz gündəliyində daşıyan Minsk qrupu Ermənistan üçün son şansdır.

Həmsədrlərin prezident İlham Əliyevlə görüşündə Rusiyadan olan həmsədrin olmaması, yalnız Rusiyanın Azərbaycandakı səfirinin iştirakı onu göstərir ki, artıq Minsk qrupu parçalanıb, Rusiya oradan çıxıb və ABŞ ilə Fransa məğlub Ermənistanla meydanda tək qalıb. Rusiyalı həmsədr Popovun xəstəliyi səbəbindən görüşlərdə iştirak etmədiyi deyilsə də, lakin bunun belə olması inandırıcı deyil. Azərbaycan prezidenti hələ aylar öncə, xüsusilə Yay savaşından sonra Minsk qrupunu de-fakto səriştəsiz, bacarıqsız və qeyri-legitim bir təsisat elan edib, bununla da ona verilən 26 illik mandatı onun əlindən alıb.

Nəzakət Məmmədova: “Hadrutdakı təxribatların arxasında Rusiyanın dayanması versiyası ağlabatan görünsə də, hadisələrin Minsk qrupunun bölgəyə səfəri zamanı baş verməsi onun arxasında digər iki həmsədr ölkənin dayanması şübhələrinin yaranmasına da əsas verir”.

Hadrutdakı təxribatların arxasında Rusiyanın dayanması versiyası ağlabatan görünsə də, hadisələrin Minsk qrupunun bölgəyə səfəri zamanı baş verməsi onun arxasında digər iki həmsədr ölkənin dayanması şübhələrinin yaranmasına da əsas verir. Bununla həm münaqişənin başa çatmadığı barədə Azərbaycana mesaj verilir, eyni zamanda Rusiyanın sülhməramlı dövlət kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi təsəvvürü yaradılmağa çalışılır. Artıq münaqişənin Azərbaycanın qələbəsi ilə yekunlaşması Minsk qrupu formatını darmadağın edib və həmsədrlər arasında regionda çox böyük qarşıdurma yaranıb. Minsk qrupunun digər iki həmsədri Rusiyanın separat fəaliyyətindən olduqca narahatdır və bunu gizlətmir.

ABŞ dövlət katibi Mayk Pompeonun Parisdə fransız həmkarı ilə görüşüb Qarabağı müzakirə etməsi, ardınca isə Moskvadan hesabat tələb etməsi dediklərimizi sübut edir. Yerevandakı görüşlərə gəlincə, Arayik Arutunyanın demarş etməsi, həmsədrlərlə görüşdən imtina etməsi inandırıcı deyil. A. Arutyunyan suda boğulan saman çöpündən yapışan kimi bu dəqiqə elə vəziyyətdədir ki, nəinki Minsk qrupunun həmsədrləri, beynəlxalq təşkilatlardan kim gələrsə, görüşüb dərdini deməyə hazırdır. Sadəcə, Ermənistan rəhbərliyinin və Minsk qrupu həmsədrlərinin onunla görüşməyi məsləhət bilməməsi daha ağlabatan versiyadır ki, bununla onlar onsuz da itirilmiş nüfuzlarını daha da itirməkdən, separatçılarla əməkdaşlıqda ittiham olunmaqdan qorxurlar.

Eyni zamanda, “bəlkə də qaytardılar” ümidi ilə Azərbaycanın onların mandatını bərpa edəcəyinə ümid edərək, bütün körpüləri hələ ki, tam yandırmaq istəmirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Minsk qrupu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar