Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ora mənim üçün müqəddəs bir ocaq kimiydi"


Gənc şair Elvin Bakiroğlunun müsahibəsi


- Sizinlə müsahibədən öncə şeirlərinizlə tanış olanda gördüm ki, Azərbaycanın ən məşhur saytlarında elə çox gözəl şeirləriniz yayımlanıb. Amma auditoriya sizi kifayət qədər tanımır. Nə etmək lazımdır ki, gənclər tanınsın? 

- Auditoriyanın məni tanımamağının müxtəlif səbəbləri var. Ən əsası tənbəl olmağımdı. Fəal iştirak eləmirəm. Başqa bir səbəb xaricdə magistr təhsili almağımla bağlıdı. Uzaqdan ədəbi mühitə köklənmək asan olmur. Bir neçə dəfə sistemli şəkildə köşə yazıları da yazmağa cəhd eləmişəm, həvəsimi öldürüblər. Ayrıseçkilik görmüşəm. Şeir məsələsinə gələndə mən auditoriyaya hesablanmış şeirlər yaza bilmirəm. Bir də ki bizdə sizin soruşduğunuz mənada auditoriyanın əksəriyyətini elə qələm adamlarının özü təşkil eləyir. Onların hamısı məni yaxşı tanıyır və çoxu mənim dostumdu.

 - Adətən gənclər qalmaqallarla gündəmə gəlirlər. Bəs siz necə?

- Ədəbi ictimai məsələlərin pərdə arxası, siyasi oyunlar, planlar, yalanlar, klounlar, qalmaqallar, getməgəllər heç biri mənim üçün maraqlı deyil. Mənim gündəmə gəlmək, ya da gəlməmək kimi bir dərdim yoxdu. Mən yaxşı şeirlər yazmaq istəyirəm, zamanla özümü daha yaxşı ifadə eləmək, dərdimi deyə bilmək arzusundayam. 

- Sizin bir zamanlar üzv olduğunuz AYB-də qurultay keçirildi. Dəyişən isə heç nə olmadı. Demək olar AYB-dən getməyinizə səbəblərdən biri də dəyişikliyin olmaması idi?

- Heç nəyin dəyişməyəcəyi gün kimi aydın idi. AYB-dən getməyimin səbəbləri də müxtəlifdi. Bir zamanlar ora mənim üçün müqəddəs bir ocaq kimiydi. İllərlə AYB-nin üzvü olmağın xəyallarını qurmuşam. Bunu da gizlətmirəm. Oranı ikinci evim bilirdim. Amma mətbəxinə daxil olanda ürəyim bulandı. Mən orda yerlibazlıqdan tutmuş bütün bazlıqları gördüm və ayrılmağa qərar verdim. 

- Ümumiyətlə, bu gün şeir yazmaqla dolanmaq olur? 

- Bəli, əlbəttə dolanmaq olur. Elə biz də dolanırıq da. Bizi dolayırlar, biz də dolanırıq. 

- Neçə kitabınız çap olunub? Onlardan nə qədər qazanmısız? 

- İki kitabım çap olunub. “İki Ürəkli Adam” (2009) və “Nə Sussan Mənə Xoşdu” (2012) 6. Onlardan təcrübə qazanmışam. 

- Siz də düşünürsünüz Azərbaycanda kitab oxumurlar? 

-Azərbaycanda mahnı oxuyurlar, meyxana oxuyurlar, qiymət oxuyurlar və s. 

- Ən sevdiyiniz yazarlar kimdir?

- Sevdiyim yazar çoxdu. Bir neçəsini sadalayım: Dostayevski, Anton Çexov, Selincer, Orxan Pamuk, Murakami, Xalid Hüseyin və s.

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Ən çox oxunanalar