Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Türkiyənin Afrika həmləsini qəbul edə bilmir...

Türkiyə artıq Fransanın köhnə koloniyaları olan Şimali Afrika və Qərbi Afrikada Fransanı üstələyərək əsas gücə çevrilir...

Ali Rıza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 12 oktyabr 2020-ci il

Fransa prezidenti Emmanuel Makron 9 avqust 2020-ci ildə Belarusiyada keçirilmiş prezident seçkilərində qalib gələn prezident Aleksander Lukaşenkonun vəzifəsindən ayrılmalı olduğunu bildirib.

Hələ 2012-ci ildə yeni seçilən sosial-demokrat Fransua Holland iki aydır ki, prezident seçilmişdi. O, həmin vaxtı Parisdə keçirilən “Suriyanın Dostları” toplantısında “Əsəd rəhbərliyi getməlidir”, deyə qeyd etmişdi. Lakin 8 ildir ki, Əsəd rəhbərliyi hələ də yerindədir. Fransanın isə Suriya siyasəti iflas edib. Ona görə, Belarusiyada da axtardığını tapa bilməyəcək.

Sarkozidən (2007) bəri təcavüzkar, müdaxiləçi və işğalçı xarici siyasət həyata keçirən Fransa əl atdığı hər yerdə məğlubiyyət yaşayır. Dünyanın ikinci böyük diplomatik şəbəkəsinə sahib olan Fransa diplomatiyası tarazlığını itirib.

ABŞ-la bənzər taleyi yaşayan Fransa

Bunun ən vacib göstəricisi odur ki, Fransa Atlantik cəbhəsində ABŞ-ın aparıcı rolunu oynamağa çalışır. Həmçinin, Sarkozi-Holland və Makron üçlüyü xarici siyasətdə Atlantikçi xətt izləyir və daxildə neo-liberal siyasət tətbiq etməyə çalışır.

Lakin Fransa da dünyada davamlı olaraq məğlubiyyət yaşayan ABŞ-ın taleyini bölüşür. İflas edən qloballaşmanın tətbiq etdiyi neo-liberal iqtisadi proqram ölkənin dinamikasını hökumətə qarşı tətikləyib. Sarı Jiletlilər Xalq Hərəkatı artıq ölkənin ictimai və siyasi tarixində önəmli yer tutub, mübarizə hələ də sona çatmayıb, ancaq Covid-19 qlobal epidemiyası səbəbindən fasilə verib.

Sarı Jiletlilərin ayağa qalxmasına səbəb olan Fransanın iqtisadi və sosial problemləri Covid-19 ilə daha da kəskinləşib. Milli Statistika İnstitutu ölkənin dövlət borcunun ilin ikinci rübündə 12,7% artaraq son 25 ilin ən yüksək artımı olduğunu və Ümumi Daxili Məhsulun (ÜDM) 114,1%-nə çatdığını qeydə alıb. Ölkənin dövlət borcu bu gün 2 min 638,3 milyard avrodur.

Fransa Afrikadakı Ankara qalasına ilişib

Ukrayna və Belarusiyada Rusiya ilə üzləşən Fransa Suriya, Liviya, Şərqi Aralıq dənizi, Afrika və Qafqazda da Ankara qalasına ilişib. ABŞ-İsrail dəhlizini çökdürmək istəyən Türkiyənin PKK/PYD-yə qarşı keçirdiyi əməliyyatlardan ən çox narahat olan ölkə Fransadır.

Fransanın Liviyada Həftara dəstək verməsi artıq fransız mətbuatında tənqid olunur və onun səhv tərəfi tutduğu qeyd edilir. Çıxan xəbərlərdə deyilir:

“Türkiyə qanuni Fayez əs-Sərrac hökümətini dəstəkləyərək doğru addım atdı. Həmçinin, iki ölkə arasındakı ticarət əlaqələrinin inkişaf etdirilməsində rol oynayan Türkiyə Liviyada Çindən sonra ikinci ixracatçı ölkəyə çevrilib. Digər tərəfdən, Türkiyə Liviyadakı Misrata limanında hərbi baza quraraq Şimali Afrika və Sahel bölgəsinə qədər uzanan bir əlaqə şəbəkəsi yaratmağa çalışır”.

Buna əlavə olaraq deyə bilərik ki, Türkiyə Liviyaya “BMC Kirpi / Kirpi II” və “BMC Vuran” tipli zirehli texnikalar və “Bayraktar TB2” PUA-sı da ixrac edib.

Fransa hələ də Əlcəzayirin əsas ixracatçısı olsa da, Türkiyə yüzlərlə inşaat şirkəti ilə enerji, toxuculuq, kənd təsərrüfatı və dəmir-polad sahəsindəki aparıcı investor ölkədir. Prezident Ərdoğan 28-29 yanvar 2020-ci il tarixlərində Qərbi və Şimali Afrika ölkələrində təşkil edilən rəsmi ziyarətlərin ilk dayanacağı olan Əlcəzayirdə Türkiyə-Afrika ticarətini 50 milyard dollar səviyyəsinə daşımağı hədəflədiklərini deyib və əlavə edib: “Əlcəzayir dost və qardaş ölkə olmaqla yanaşı, həm də Türkiyənin Şimali Afrikadakı strateji tərəfdaşlarından biridir”. Ərdoğanın sözlərinə görə, Türkiyə Bursları proqramı ilə təxminən 4500 afrikalı tələbəyə bakalavr, magistratura və doktoranturada pulsuz təhsil verilir. Ərdoğan daha sonra Qambiya və Seneqalı da ziyarət edib.

Ərdoğanın Afrika səfərləri

Prezident Ərdoğan 2015-ci ilin yanvarında Somaliyə, 2014-cü ilin noyabr ayında Əlcəzayir və Ekvatorial Qvineyaya, 28 fevral-3 mart 2016-cı il tarixləri arasında Fil dişi sahili, Qana, Nigeriya və Qvineya, 2017-ci ilin yanvarında Tanzaniya, Madaqaskar və Mozambikə səfər edib. 2018-ci ilin mart ayında Əlcəzayir, Mavritaniya, Mali və Seneqala da səfər edib. Ərdoğan son 6 ildə hər il mütəmadi olaraq Afrika ölkələrini ziyarət edir.

Bütün bu proseslər və sonuncu dəfə Türkiyənin Şərqi Aralıq dənizində Mavi Vətənini müdafiə etməsi Fransanı qəzəbləndirib. Fransada Afrikadakı təsirini tədricən itirərkən Türkiyənin orada siyasi, iqtisadi, hərbi və mədəni sahələridə müəyyən addımlar atması Fransanı narahat edir. 2012-ci ildən bəri Türkiyə və Afrika ölkələri ikitərəfli ticarət həcmini düz 6 dəfə artırıb.

Türkiyə artıq Fransanın köhnə koloniyaları olan Şimali Afrika və Qərbi Afrikada Fransanı üstələyərək əsas gücə çevrilir. Avrasiyanın qabaqcıl ölkələri, Afrika, Çin, Rusiya və Türkiyə siyasi, hərbi və iqtisadi əlaqələrinin təməlini gücləndirərkən, ABŞ və Fransa davamlı şəkildə itirməyə başlayıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar