Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

100 il yaşamaq üçün nə etmək lazımdır? - Həkim məsləhəti

Azərbaycanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 76,4 yaş, o cümlədən kişilərdə 74, qadınlarda isə 78,7 yaşdır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla insanın uzunömürlü olmasını təmin edə biləcək tövsiyələr verib:

“İnsan ömrünü azaldan iki əsas amil var. Birinci ekologiya, ikinci isə stress. Ətraf aləmin, hava, su, torpağın çirklənməsi və burada toksiki maddələrin toplanması əsas təsirlərdəndir. Qidalanma da önəmlidir, təbii qidaların yavaş-yavaş yoxa çıxması insan ömrünü azaldır. Bunların fonunda insanların az hərəkət etməsi də problemlərdən biridir. Əvvəllər insanlar ona görə çox yaşayırdılar ki, çox hərəkət edirdilər, həddən artıq qidalanmırdılar. Az yeyib, çox iş görürdülər və bədən saat kimi çalışırdı, damarlarda problem yaranmırdı, ürək fəaliyyəti tənzimlənirdi, uzun ömür yaşayırdı. Amma indi bir tərəfdən ekoloji problemlər, digər tərəfdən insanların həddindən çox qida qəbul etməyi, az hərəkəti insan ömrünü qısaldır. Bütün bunlar ürək-damar xəstəliklərinin yaşını cavanlaşdırır”.

Həkim insanların qəbul etdikləri kalorini yandırmadıqlarını bildirib:

“Siz bu gün qadınlara da, kişilərə də baxın, görün onların nə boyda qarınları var, orada nə qədər piy toplanıb. Bu onu göstərir ki, həmin insanlar həddən artıq kalori qəbul edirlər, amma onu sərf etmirlər. Bu da bədəndə depolanıb qalır, damarların divarını daraldır, qan təchizatını pisləşdirir, beyinə, ürəyə, həyati vacib orqanlara qan axını pisləşir. Ömrü qısaldan faktorlardan biri də ekoloji çirklənmədir, havada benzofren törəmələrinin artması, suda müxtəlif zərərli maddələrin artmasıdır. Bu gün dənizlərə, çaylara, göllərə müxtəlif zavod axıntıları tökülür. Təbii qidalar demək olar ki, yox səviyyəsindədir. Siz bu gün marketə girin və baxın, görün təbii bir mal tapa bilərsinizmi? 99 faiz məhsullar sintetik, şübhəli mənşəli mallardır. Və biz onlarla qidalanmağa məhkumuq.

Bizdən asılı olmayan səbəblərin olduğu doğrudur. Amma heç olmasa insanlar bizdən asılı olanlara diqqət yetirsinlər: az qidalanıb, çox hərəkət etsinlər. Məsələn 5 metr yolu piyada getsinlər, az məsafəni maşınla getməsinlər. Axşam 5-dən sonra qidalanmağı tərgidsinlər. Əsas odur ki, daxil olan kalori ilə çıxan kalori arasında balans yaratsınlar”.

pia.az


Etiket: Adil Qeybulla


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar