Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabirabadda ər arvadını xəyanət etdiyinə görə amansızlıqla öldürdü - Video

Sabirabadda ər arvadını öldürüb. Polis bölməsinə könüllü təslim olan ər arvadının ona xəyanət etdiyini səbəb kimi göstərib.

Baku TV xəbər verir ki, qətl hadisəsi Sabirabadın Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədovanı balta ilə vuraraq qətlə yetirib. Yoldaşı ilə xeyli mübahisə edən ər onu ot tayasının yanına apararaq elə oradaca baş nahiyəsindən üç balta zərbəsi endirərək öldürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, xeyli müddət ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib.

Qətlə yetirilən Təranə Məmmədovanın yaxın qohumu bildirib ki, Şirvan mühafizə polisinin əməkdaşı olan polis nəfəri Güloğan Həsənovu avqustun 4-də qızla birlikdə tutub.

Onların birgə nikahdan iki övladları (bir qız və bir oğlu) var. 

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar