Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, biabırçılıqdan və möhtəkirlikdən başqa bir şey deyil” - Professor

“Payızda vurulan vaksinlər vətəndaşlara öz qiymətinə satılmalıdır”.

Bunu tibb professoru Adil Qeybulla deyib.

Professor hesab edir ki, əhaliyə nəinki qrip əleyhinə vaksinlər, hətta immunoqlobulinlər də tətbiq olunmalıdır:

“Yəni orqanizmdə immun sisteminin stimulyasiyası və bədəndə qripə qarşı əks-cisimlərin əmələ gəlməsi məqsəduyğun hesab edilir. Qrip əleyhinə vaksin immun sistemini stimullaşdırır, orqanizmi əks-cisimlərin əmələ gəlməsinə hazırlaşdırır. Bu baxımdan immun sistemi bu cür situasiyalara hazırdır”.

Adil Qeybulla düşünür ki, vaksinin qiyməti, əhali üçün əlçatan olması, testlər kimi qiymət qoyulması, peyvəndin alver predmetinə çevrilməsi kimi bir sıra açıq qalan məsələlər var:

“Bunu yaşayarıq, görərik. Vaksin daha çox risk qrupuna aid olan xəstələrə vurulmalıdır. Yəni yanaşı xəstəliyi olanlar, o cümlədən orqan nəqli edilmiş, immun sistemi xəstəlikləri olan və koronavirusu xeyli ağır keçirmiş xəstələrə vurulması daha məqsəduyğundur. Onlar təkrar virusa yoluxduqda xəstəliyi daha pis keçirməsinlər. Hesab edirəm ki, risk qrupu əvvəlcədən təyin edilməli və o xəstələrə vaksin güzəştli qaydalarla vurulmalıdır. Yəni vaksin insanlar üçün əlçatan qiymətə olmalıdır. Əks halda bu, testlərin gününə düşəcək.

Vaksinlərin pulsuz olması lap yerinə düşər. Amma deməklə olmur... Təyyarə üçün bilet alanları 100 manata test edirdilər. Bu, biabırçılıqdan və möhtəkirlikdən başqa bir şey deyil. İngiltərənin vaksinləri elə də baha deyil. Bu peyvəndlər Azərbaycana çox aşağı qiymətə gətirilir. Vaksinləri vətəndaşlara ən azı öz qiymətinə vermək yaxşı olar. Ən yaxşı halda dövlət dotasiya ayıraraq onu lap ucuz qiymətə vətəndaşlara sata bilər”.

Adil Qeybullanın sözlərinə görə, payızın ən böyük problemi koronavirusla ənənəvi mövsümi soyuqdəymə xəstəliklərinin birgə baş verməsi ehtimalıdır: “Differensial diaqnostika üçün xeyli çətinlik yaradan məsələ budur. Ona görə də uyğun təlimatlar işlənib hazırlanmalıdır ki, hansı hallarda insanlar ambulator olaraq təcili yardım və ya sahə həkiminə müraciət etməli, hansı hallarda stasionarda müalicə aparılmalıdır”.

Professor payız-qış mövsümündə virusun aktivləşəcəyini düşünmür: “Hər halda koronavirus mutasiyaya uğrayaraq zəifləyə-zəifləyə gedir. Doğrudur, arada öldürücü təsirləri olur, amma əsas etibarilə virus zəifləyib. Virusun ilin sonundan o tərəfə keçməsi məntiqli görünmür. Çünki bu, təbiət qanunlarına ziddir. Hesab edirəm ki, bu ilin sonunda virus yekunlaşacaq. Amma bu virusun fonunda hər il rast gəlinən hansısa soyuqdəymə xəstəliklərin olması işi çətinləşdirər”.

Qeyd edək ki, sonuncu brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov payız mövsümündə 4 valentli qrip vaksinlərinin tətbiq ediləcəyini demişdi. O bildirmişdi ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır: “Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur".(teleqraf.com)

pia.az


Etiket: Adil Qeybulla


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar