Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həmin toyda iştirak edən hər kəs qanun qarşısında cavab verməlidir” - Komitə sədri

Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən pandemiya ilə ciddi mübarizə aparırıq. Ona görə də biz qaydalara, dövlət başçısının verdiyi tapşırıqlara çox yüksək səviyyədə və ciddi riayət etməliyik.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər arası əlaqələr komitəsinin sədri, Səməd Seyidov deyib:

Millət vəkili bildirib ki, qaydalara hər kəs ciddi şəkildə riayət etməlidir:

”Bunu hər kəs etməlidir. Bu günlərdə toy mərasimlərində iştirak etmiş məmurların və bəzi millət vəkilərinin iştirakını eşitdik, keçirdiyimiz görüşlərdə də həmin məsələ ilə bağlı suallara cavab verməyə məcbur olduq. Ona görə ki, bu cür davranış qəbul edilməzdir”.

Deputat qeyd edib ki, millət vəkili Siyavuş Novruzovun və bir neçə yüksək səviyyəli məmurların məlum toyda iştirakı insanlar tərəfindən həddindən artıq mənfi hal kimi qarşılanıb:

“Çünki hər kəs qanuna tabe olmalıdır. Biz tez-tez beynəlxalq münasibətlərdə ikili yanaşmaları görürük və qarşılaşırıq. Məhz bu gün müəyyən vəzifə sahiblərinin belə bir addım atması da ikili standartlar kimi qəbul olunur. Belə tədbirlərdə iştirak edən hər kəs - millət vəkilləri, yüksək vəzifəli məmurlar qanun qarşısında ciddi cavab verməlidirlər".

pia.az


Etiket: Səməd Seyidov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar