Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razi Nurullayev AXCP adından imtina etdi? - Açıqlama

“Biz qurultaya gedirik. 2015-ci il 17 oktyabrda AXCP-nin etimad qurultayı keçirildi və mən sədr seçildim. Əli Kərimlinin başçılığı altında da qurultay keçirildi və o da AXCP sədri seçildi. Azərbaycanda iki AXCP oldu və bu günə qədər də davam etməkdədir. Nə baş verir versin, ən çox bizim əziz cəbhəçilərimiz və hərəkatçılarımız bundan zərər görür. Nizamnaməyə görə qurultayımız keçirilməlidir və məlum pandemiya səbəblərindən biz bunu edə bilmədik və bir az gecikmişik. Onlayn (internet üzərindən) qurultay keçirmək qərarına gəldik və artıq vaxt təyin etmişik. Bildiyiniz kimi, bu zaman müddətində ağrılı günlər keçirmişik, məşəqqətlər yaşamışıq. Hamı elə bilirdi ki, iqtidar məni AXCP kimi tanıyacaq, bu planlaşdırımış məsələdir və sair. O qədər fikirlər deyildi ki. Nəticədə isə elə iqtidar nümayəndələri də Əli KərimliAXCP sədri deməkdə davam etdilər. Bir dəfə də olsun AXCP-nin Əli Kərimli və Razi Nurullayev qanadı da demədilər. Nə etmək olar, qismətdən artıq yemək olmaz, taleyi də, alın yazısını da dəyişmək olmur”.

Bunu deputat Razi Nurullayev deyib.

“Təbii ki, uğursuz da olmamışıq. Biz 2018-ci il Prezident seçkisində iştirak etdik, 2020-ci ilin növbədənkənar Parlament seçkilərində müstəqil olaraq, amma partiyanın gücü ilə iştirak etdik və mandata sahib olduq. Bütün bunlar artıq bizim keçmişimiz və tariximizdir. Biz yeni format, yeni istək və yeni yanaşma ilə təşkilatlanmaq və güclü partiyaya çevrilmək qərarı vermişik. Bu məsələlər partiya qurultayının müzakirəsinə çıxarılacaq və müvafiq qərarlar veriləcək” – R.Nurullayev qeyd edib.

pia.az


Etiket: Razi Nurullayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar