Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn Rəhim Qazıyev haqqında: "Bu bədbəxt, sərsəri qocanı ..."

Azərbaycanın sabiq Baş naziri, AXP sədri Pənah Hüseyn sosial mediada maraqlı bir statusla çıxış edib... 

Onun statusu sabiq Müdafiə naziri Rəhim Qazıyevin saxlanmasına həsr olunub.

Öz yazısına "Rəhim Qazıyevi azad edin!" başlığı seçən Pənah Hüseyn belə davam edib:

"Rəhim Qazıyevi  həbslə  şərəfləndirib xilas etməyin! Siyasi məhbus siyahısını onun adı ilə kirlətməyin! O bu şərəfə, bu   siyahıya layiq deyil!

İlahi ədalətə , baxın ki, erməni saytları dünən onun həbsini "В Азербайджане задержали министра обороны, сдавшего Шуши", başlığı ilə verdilər"!

İlahi ədalətə baxın ki, Surət Hüseynov onu  xain adlandırdı, Şuşanı verməkdə ittiham edib, qulağını kəsməklə hədələdi! Allah onun ən ağır cəzasını verib,  ağlını alıb! Bu bədbəxt, sərsəri qocanı günahları ilə baş başına buraxın. Rəhim Qazıyevi həbs etməyin!"

Qeyd edək ki, statusun tam həcmi bu qədərdir.

Xatırladaq ki, Rəhim Qazıyev dünən hüquq mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.(musavat.com)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ən çox oxunanalar