Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimində avtomobillərin texniki baxışı ilə bağlı açıqlama

Avtomobillərin texniki baxışdan keçmə müddətinin sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə düşməsi ilə əlaqədar yaranmış vəziyyətə aydınlıq gətirilib...

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib ki, avtomobillərin texniki baxışdan keçməsi üçün SMS-lə icazə alınması nəzərdə tutulmayıb.

Bununla belə, K. Əliyev deyib ki, “icaze.e-gov.az” portalında kifayət qədər şəxsə nəqliyyat vasitəsi ilə hərəkət etməyə icazə verilib. Həmin şəxslər öz avtomobillərini texniki baxışdan keçirə bilərlər. “icaze.e-gov.az” portalında nəqliyyat vasitəsi ilə hərəkət etməyə icazə verilmiş şəxslər istisna ilə, digər şəxslərə gəlincə, BDYPİ rəsmisinin sözlərinə görə, belə şəxslərin avtomobilləri saxlanan zaman məsələ araşdırılacaq: “Müəyyən edilsə ki, həmin avtomobilin texniki baxışdan keçməli olduğu müddət sərtləşdirilmiş xüsusi karantin rejimindən əvvəlki vaxtlara təsadüf edir, o halda həmin avtomobilin sahibi inzibati məsuliyyətə cəlb olunacaq. Həmin avtomobilin texniki baxışdan keçməli olduğu müddət sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təsadüf etdikdə isə, o halda həmin avtomobilin sahibi inzibati məsuliyyətə cəlb olunmayacaq. Eləcə də ölkənin sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarında yaşayan, ancaq avtomobillərini sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlardakı Qeydiyyat, imtahan və texniki baxış şöbələrinə getmək məcburiyyətində olan vətəndaşlar da məsuliyyətə cəlb olunmayacaqlar. Çünki həmin ərazilərə onların giriş-çıxışına icazə verilmir. Yəni sərtləşdirilmiş xüsusi karantin rejimində SMS-lə icazə alınaraq avtomobillərin texniki baxışdan keçirilməsi nəzərdə tutulmadığı üçün həmin şəxslər narahat olmasınlar”.

BDYPİ-nin şöbə rəisi onu da qeyd edib ki, hələ aprel ayının əvvəlindən xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin aşkarlanması prosesi dayandırılıb: “Avtomobil əməkdaş tərəfindən saxlanılan zaman müəyyən edilsə ki, həmin avtomobilin texniki baxışdan keçirilməsinə imkan olub, ancaq texniki baxışdan keçirilməyib, o halda avtomobil sahibi məsuliyyətə cəlb olunacaq ”.

K. Əliyev nəzərə çatdırıb ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlardakı Qeydiyyat, imtahan və texniki baxış şöbələrinin yaxınlığında yaşayan insanlar isə avtomobillərini texniki baxışdan keçirə bilərlər: “Avtomobilin texniki baxışdan keçməsi üçün 15 dəqiqə vaxt tələb olunur. Yaxınlıqda yaşayan insanlar öz istəklərindən asılı olaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər. Yəni bu insanların Qeydiyyat, imtahan və texniki baxış şöbələrinə gedib-gəlməsi 1 saat tələb edirsə, avtomobillərini texniki baxışdan keçirə bilərlər. Qeydiyyat, imtahan və texniki baxış şöbələrindəki polis əməkdaşlarımız gücləndirilmiş iş rejimində xidmət aparırlar”.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar