Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVİD-19-la mübarizə aparan həkimlərin kredit borcları: Silinə bilərmi?

COVİD-19-la mübarizədə ön cəbhədə dayanan tibb işçilərinə müəyyən imtiyazlar verilə bilər...

“COVİD-19-la mübarizədə ön cəbhədə dayanan tibb işçilərinə müəyyən imtiyazlar verilə bilər. Ancaq bu o demək deyil ki, banka olan borcların hamısı silinməlidir. Bu elə məsələdir ki, istənilən bank bunu könüllülük prinsipi əsasında həyata keçirə bilər. Sadəcə qanunla hansısa bankı kredit borcu olan tibb işçisinin borclarının silinməsinə güzəşt etməyə məcbur etmək doğru deyil”.

PİA.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronaviruslu xəstələrlə mübarizədə çalışan tibb işçilərinin kredit borclarının silinməsi məsələsinə münasibət bildirərkən deyib. Komitə sədri tibb işçilərinə güzəşt və imtiyazların verilməsini də istisna etməyib:

“Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı cənab prezidentin sərəncamı var. Nazirlər Kabineti onların əmək haqlarını artırıb. Qanunla tibb işçilərinə güzəşt və imtiyazlar verilə bilər. Peşə xəstəliyi və xəsarəti səbəbindən koronavirusla mübarizədə sağlamlığını itirən tibb işçilərinə, polislərə, sosial təminat işçilərinə əlavə sığorta haqları tətbiq oluna bilər. Bunlar emosional təkliflər səsləndirməklə yox, qanunla tənzimlənən məsələlərdir. Düşünürəm ki, qanuna əlavə və dəyişikliklər də etmək olar. Kiminsə bank borcu silinsin, ictimai nəqliyyatdan pulsuz istifadə etsin, kommunal xərclərdən azad olunsun kimi təkliflər çox ola bilər. Hesab edirəm ki, bunların hamısı qanunla tənzimlənməlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar