Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda işsizlik astronomik sürətlə artır”

Heç kəsə sirr deyil ki, pandemiya başlayandan Azərbaycanda işsizlik astronomik sürətlə artır...

“İqtisadiyyatda makro-iqtisadi durumu xarakterizə etmək üçün ən çox istifadə edilən 3 göstəricidən biri işsizlik səviyyəsidir. Dövlət Statistika Komitəsi adətən məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayını aylıq hesabatlarında dərc edirdi. Artıq ikinci aydır ki, bu göstərici müntəzəm olaraq Dövlət Statistika Komitəsinin aylıq statistik məcmuəsindən çıxarılıb”.

Bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Sonuncu məlumat 2020-ci il aprel ayının 1-i vəziyyətini əhatə edir. Bu məlumata görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 100,8 min nəfər olmuş, onlardan yalnız 510 nəfərə orta aylıq məbləği 309 manat olan işsizlikdən sığorta ödənişi verilib. Pandemiya dövründə işsizlərin sosial müdafiəsinin düzgün qurulması üçün onların sayı ilə bağlı məlumatlar əlçatan olmalı və dövrü olaraq nəşr edilməlidir. Amma görün "başbilənlərimiz" iqtisadiyyatı nə günə salıblar ki, sadə bir göstəricini - işsizliyin səviyyəsini də xalqdan gizlədirlər. Bunu nədən edirlər, anlamaq çətindir, çünki, son 17 ildə ilk dəfədir ki, bu hal baş verir. Onsuz da heç kəsə sirr deyil ki, pandemiya başlayandan Azərbaycanda işsizlik astronomik sürətlə artır” – Q.İbadoğlu qeyd edib.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar