Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkomanların ölüm sayı artıb

Azərbaycanda narkomanların və yüksək dozada narkotik maddədən ölüm hallarının sayı artıb...

Bu həftə Bakıda yüksək dozada narkotik maddə qəbulu səbəbindən iki ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 12-də Binəqədi rayonu Biləcəri qəsəbəsində saat 20:00 radələrində yüksək dozada narkotik maddə qəbul edən 28 yaşlı Sultan Hidayətov vəfat edib.

Ehtimal olunur ki, ürək dayanması sintetik maddənin inyeksiyasından sonra baş verib.

Mayın 11-də Suraxanı rayonunda eyni səbəbdən Bülbülə qəsəbə sakini 31 yaşlı Vüsal Ağaməmmədov vəfat edib.

Daxili İşlər Nazirliyinin rəsmiləri bildirir ki, Azərbaycan ilə İran sərhədində qaçaqmalçılıq cəhdlərinin mütəmadi olaraq qarşısının alınması və güclü təsirli narkotik vasitələrin və psixotrop maddələrin ələ keçirilməsi ölkədə narkotik vasitələrin istifadə miqyasının əhəmiyyətli dərəcədə artdığını göstərir.

Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, təkcə aprel ayında paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 75 fakt aşkarlanıb. May ayının əvvəlindən bu günə qədər Bakıda 53 oxşar cinayət hadisəsi qeydə alınıb.

Psixiatr-narkoloq, tibb elmləri doktoru Araz Əliquliyev Oxu.Az-a verdiyi müsahibədə qeyd edib ki, ölkədə narkomaniyanın real vəziyyəti barədə obyektiv qiymət vermək çətindir.

“Bizdə statistika axsayır. Azərbaycanda Səhiyyə Nazirliyinin narkotik istifadəçilərinin qeydiyyatda olan sayı barədə rəqəmlər həqiqəti əks etdirmir. Üzə çıxan hadisələr vasitəsilə mühakimə aparmaq çətindir. Olur ki, narkotik maddənin yüksək dozada qəbulundan vəfat edən şəxsin ölüm səbəbi yaxınlarının xahişi ilə ürək çatışmazlığı kimi qeydiyyata alınır. Belə hadisələrin əksəriyyəti evdə baş verir”, - deyə narkoloq bildirib.

“Problem haqqında danışmaq üçün, səhlənkarlıq edilmədən, hər halı ayrılıqda qeydə alan dəqiq sistemə ehtiyac var. Problem dərindən araşdırılmır”, - deyə mütəxəssis qeyd edib.

Ekspertin sözlərinə görə, narkotikdən istifadə hallarının 80 faizi daxili işlər orqanlarının əməkdaşları tərəfindən aşkar edilir:

“Bu şəxslər həkimə müraciət etmirlər. Lakin hətta bizə müraciət edən xəstələrin sayını nəzərə alaraq deyə bilərik ki, respublikada narkotik maddə istifadə edənlərin sayında əhəmiyyətli dərəcədə artım var”.

Ekspert qeyd edir ki, son üç ayda aparılan müşahidələr göstərir ki, “qara bazar”da təklif olunan narkotik vasitələrin keyfiyyəti kəskin şəkildə aşağı düşüb.

Psixiatrın dediyinə görə, orada satılan dərmanlar qarışıqdır, bu da respublikada ölüm sayının artmasının səbəb olur.

Azərbaycanda narkomanların 80% -i ağır narkotik istifadəçiləridir. Hər il mindən çox narkotik istifadəçisi müəyyən edilir ki, bu da artımdan xəbər verir. Narkomaniyanın yayılması gizli xarakter daşıyır və yalnız güc vasitələri tətbiq etməklə ona qarşı mübarizə aparmaq çətindir”, - deyə mütəxəssis söyləyib.

“Ailələrin narkotik istifadəçilərini erkən mərhələdə tanıması üçün sosial sorğular keçirmək, epidemioloji araşdırmalar aparmaq, tədris proqramları tərtib etmək lazımdır. Bu, vətəndaşların vaxtında tibbi yardıma müraciət etmələri üçün lazımdır. Narkomaniyaya aludəçiliyin erkən aşkarlanması cinayətlərin qarşısının alınmasında ən vacib məqamlardan biridir”, - A.Əliquliyev müsahibənin sonunda söyləyib.

pia.az


Etiket: narkomanlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar